3 kiloqram narkotiklə tutulan şəxs məhkəmədə bəraət aldı.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik ittihamı ilə tutulan Fazil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
F.İbrahimov məhkəmənin hökmü ilə bəraət alıb. Ona qarşı irəli sürülüən ittiham sübuta yetirilməyib. İbrahimov məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və satma) maddəsi ilə ittiham irəli sürülmüşdü.
İlkin Muradov
Musavat.com






