3,5 milyon dollarlıq keçi
Dünyada insanlar aclıqdan ölərkən Səudiyyə Ərəbistanında bir iş adamı “təmiz bir irqə sahib olan” keçi üçün 3,5 milyon dollar ödəyib. Keçilərə xüsusi marağı olan iş adamının əvvəllər də yüksək qiymət ödəyərək keçilər aldığı məlum olub. Xəbərin Səudiyyə Ərəbistandakı qəzetlərdə yayımlanmasından sonra bir çox biznesmenlər onun bu hərəkətini qınayıb. Bir çoxları “Türkiyə, İordaniya və Livanda 2 milyon suriyalı çadırlarda yaşadığı halda bu qədər pulun keçiyə verilməsi ayıbdır” deyə fikirlər ifadə edib.






