İnsanlara hürriyət, millətlərə istiqlal!

3,4 milyon dollarlıq dələduzluq işi- oğuldan sonra ataya da hökm oxundu

967 28.02.2018 12:28 Kriminal A A

3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən şəxsin atasının növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı sakininin 3,4 milyon ABŞ dollarının dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin atası Çingiz Abdullayev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ç.Abdullayev 12 il müddəti azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb. Ona oğlu Loğman Abdullayevin cinayət işi ilə əlaqədar olaraq cinayət işi açılıb. Çingiz Abdullayev Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 170.3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir.

Bildirək ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min dollar pulu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Nurlan Bayramov, Gəray Abdullayev və Tural Qasımov saxlanılıb.

Həmin şəxslərə də yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda həmin şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan təqsirləndirilən R.Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. F.Tağıyevə isə 3 min manat cərimə təyin edilib və barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib. Digər təqsirləndirilən G.Abdulov 2 min manat cərimə olunub, T.Babazadə barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR