İnsanlara hürriyət, millətlərə istiqlal!

290 manat görə 11 illik həbs cəzası: taksi sürücülərinə qarşı quldurluq edən şəxsin cinayət işi

403 09.01.2019 13:17 Kriminal A A

Taksi sürücülərini bıçaqla hədələyib, pul alan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxışında Nəsimi Qələndərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti iclas yanvarın 16-na təyin edilib.

Hadisə ötən il mayın 7-də Binəqədi rayonunda baş verib. Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib, Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək, ondan 200 manat pul alıb.

N.Qələndərovun elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq etdiyi üzə çıxıb. Onun Qubad Xudayevi bıçaqla hədələdiyi və 90 manat pulunu aldığı üzə çıxıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR