İnsanlara hürriyət, millətlərə istiqlal!

29 yaşlı Çingizin ölümünə görə həbs edilən şəxsə 9 il cəza istənildi

670 24.10.2018 20:05 Kriminal A A

İşlədiyi kafedə müştərini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmədə hökm oxunub.

Hökmə əsasən M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib.

Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib. Mərhuma bir bıçaq zərbəsi ürəyindən dəyib.

O Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR