Bir müddət əvvəl “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyduğu barədə yalan məlumat verən şəxs hakim qarşısına çıxarılır.
Musavat.com xəbər verir ki, Rəvan Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib. O, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.
İlkin Muradov
Musavat.com






