İnsanlara hürriyət, millətlərə istiqlal!

28 il öncə 72 nəfəri girov götürən canilər 126 gündən sonra məhv edilib – Onları xaçla aldadıblar

2650 14.04.2023 14:44 Yaxın tarix A A

Tarixdə siyasi mübarizələr zamanı terror aktlarının həyata keçirilməsi hallarına çox rast gəlmək olar. Terrordan mübarizə vasitəsi kimi istifadə edilən hadisələrdən biri də 1996-cı ilin dekabr ayında Peruda baş verib. Paytaxt Limada Yaponiya səfirinin iqamətgahında 490 nəfər girov götürülüb. Terrorçular səfirin iqamətgahını 126 gün öz nəzarətlərində saxlayıblar. Terror hadisələri tarixində bu rekord göstəricilərdən biridir.

17dekabr 1996-cı ildə Yaponiyanın Perudakı səfiri Moroxisa Aoki imperator Akixitonun anadan olmasının 63 ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Perunun prezidenti Alberto Fuximori yapon əsilli olduğundan bu tədbir Peru elitası üçün xüsusi önəm daşıyıb. Qəbulda 490 qonaq, 26 ölkədən 40 diplomat, dövlət məmurları, beynəlxalq ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. O cümlədən Peru prezidentinin qardaşı da tədbirə qatılıb.

76_main.jpeg (56 KB)


Tədbir başlandıqdan az sonra orkestrin ifa etdiyi musiqilər atəş səsləri ilə əvəzlənib. İqamətgahın ərazisinə daxil olan terrorçilar ilk növbədə özlərini bəyan ediblər: “Biz Tupaka Amaru adına inqilabi hərəkatın üzvləriyik..”

18 nəfərdən ibarət silahlanmış terrorçu qrupa Nestor Kortolin rəhbərlik edib. Terroçuların ilk tələbləri belə olub ki, mənsub olduqları təşkilatın həbs edilmiş 400 nəfəri azadlığa buraxılmalıdır, ölkənin siyasi və iqtisadi kursu dəyişməlidir. Sonrakı tələblərdə isə hakimiyyətin istefası məsələsi qaldırılıb.

Terrorçular dəqiqələr ərzində iqamətgahı tam nəzarətə götürə biliblər və daxildəki mühafizə dəstəsini tam zərərsizləşdiriblər. Hadisənin baş verməsindən 15-20 dəqiqə sonra yerli polis girovların azad olunması üçün hərəkətə keçib. Onlar əraziyə gözyaşardıcı qaz buraxmaq, bununla da terrorçuların hərəkət və fəaliyyətinə əngəl törətmək, sonra isə hücuma keçməyi planlaşdırıblar. Ancaq bu plan baş tutmayıb. İqamətgaha qaz buraxılanda hazırlıqlı terroçular qaz əleyhinə maskalardan istifadə ediblər. Nəticədə terrorçular yox, girovların özləri əziyyət çəkiblər.

2772707945_7fc35e1050.jpg (168 KB)


Bir sutkadan sonra terroçular girov qadınları və uşaqları buraxıblar. Sonrakı on gündə xarici diplomatlar da azadlığa buraxılıb və iqamətgahda 103 girov saxlanılıb.

Əvvəlcə hökumət nümayəndələri ilə terroçular arasında danışıqlar normal gedib. Bunun sayəsində daha 31 nəfər azad edilib. Qalan 72 nəfər isə düz 126 gün girovluqda qalıb.

Kifayət qədər yzanan və gərginlik yaradan hadisəyə xarici ölkələrdən də reaksiya verilib. Fidel Kastro terrorçuları heç bir təhlükə olmadan Kubaya keçirməyi və amnistiya verəcəyini vəd edib. Terrorçular bu təklifdən imtina ediblər.

v-p-pe-d-00006-12.jpg (181 KB)

Danışıqlar zamanı terrorçular Qırmızı Xaçın nümayəndələrinə iqamətgaha ərzaq, içməli su və dərmanların gətirilməsinə icazə verib. Məhz həmin günlərdə girovlardan birinin ad günü olub. Həmin şəxsə Qırmızı Xaçın nümayəndəsi ad günü münasibətilə əldə düzəldilmiş iri bir xaç hədiyyə edib və bildirib ki, siz bu xaçla Allaha dualarını çatdıra bilərsiniz. Bu mesaj ad günü olana dərhal çatıb. Həmin şəxs əlində xaç iqamətgahın həyətində ağaclarla, çiçəklərlə, içəridə lampalarla, qapılarla, unitazla danışmağa başlayıb. Ətrafdakılar onu ağlını itirmiş zənn ediblər. Amma həmin girov Qırmızı Xaç nümayəndəsinin ona verdiyi xaç vasitəsilə xüsusi xidmət orqanlarına məlumatlar ötürüb ki, sonralar girovların azad olunmasında bu məlumatların xüsusi rolu olub. Həmin xaçın içərisinə xüsusi qurğu yerləşdirilib ki, həmin qurğu vasitəsilə səs ötürmək imkanı yaranıb. Məhz ötürülən məlumatlar vasitəsilə terrorçuların istirahət etdiyi vaxtlar, nə işlə məşğul olduqları, daha çox ərazinin hansı hissəsində olmaları Peru rəsmilərinə ötürülüb.

v-p-pe-d-00006-16_0.jpg (127 KB)

Girovluğun ikinci ayından sonra danışıqlar səngiyib. Elə təsəvvür yaranıb ki, Peru hakimiyyəti hadisəyə biganə yanaşır. Əslində isə hadisənin görünməyən tərəfində girovların azadlığı üçün ciddi hazırlıq işi gedib. Belə ki, hökumət qüvvələri gözdən uzaq olan bir səhrada iqamətgahın ölçüsü boyda bir maket quraşdırıblar. Perunun xüsusi təyinatlıları həmin maketin üzərində əyani şəkildə təlimlər keçiblər. Bu təlimlərdə ən kiçik detallar belə dəfələrlə nəzərdən keçirilib. Həmin maketdən 80 metr aralıda yeraltı tunel qazılıb. Bu tunel vasitəsilə xüsusi təyinatlılar maket iqamətgahın istənilən yerinə çıxış əldə edə biliblər. Girovların azad olunmasında da məhz bu variantdan istifadə edilib.

Keçiriləcək əməliyyat tam məxfi saxlanılıb. Səfirin iqamətgahından təxminən 80-90 metr aralıda tunel qazılıb. Nəhayət, 22 aprel 1997-ci ildə, saat 15.17-də prezident əməliyyata başlamaq haqqında əmr verib. Xaç vasitəsi ilə çölə ötürülən məlumatlardan məlum olub ki, həmin dəqiqələrdə terrorçuların əsas hissəsi birinci mərtəbədəki idman zalında futbol oyanayırlar. Terrorçu-futbolçuların oyun zamanı silahları kənarda olub.

Réplica_residencia_embajador.jpg (141 KB)

15.30-da idman zalının döşəmələri saniyələr ərzində havaya qalxıb, elə həmin anda da iqamətgaha giriş və əlavə qapıdan xüsusi təyinatlılar daxil olublar. 15 dəqiqə ərzində girovların əsas hissəsi iqamətgahı tərk edə bilib. Bundan sonra atışma daha 15 dəqiqə davam edib. Atışma nəticəsində 14 terroçu məhv edilib, girovlardan biri aldığı güllə yarasından ölüb, girovlardan 25 nəfəri yüngül xəsarət alıb.

Ümumilikdə əməliyyat 40 dəqiqə çəkib. Xüsusi təyinatlılara əsas müqavimət göstərən futbol oynamayan iki nəfər olub ki, onlar fiziki cəhətdən olduqca hazırlıqlı və silahlarlardan peşəkarlıqla istifadə etməyi bacarıblar. Sağ qalan terroçular qaçmağa cəhd etsələr də, cəhdləri baş tutmayıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR