Biz müharibə getdiyi günlərdə bir müxalifət, müharibədən sonra ayrı müxalifət gördük. 44 gün ərzində 50 siyasi partiya dövlətə və Orduya dəstək ifadə etdi, birgə bəyanat verdi, qoşulmayanlar - Müsavat və AXCP də Ali Baş Komandanın yanında olduğunu ayrıca açıqladı.
Lakin 10 noyabrdan sonra biz ənənəvi müxalifətin çıxışlarında başqa müxalifətçiliyə şahid oluruq: qələbə yarımçıq qalıb, Xankəndiyə niyə girmədik, rus qoşunlarının Qarabağa yerləşməsi perspektiv üçün təhlükə vəd edir və sair ilaxır...
Dövlət isə hələlik buna baş qoşmur, ortada nəticə var - təmas xətti yoxdur, status gorbagor olub, ermənilərə muxtariyyat verilmir, yekunda zəfər və o Zəfərin Paradına hazırlıq, Türk ordusunun da parada hazırlıq təlimləri.
Bəs müxalifəti nə narahat edir? Nə qane etmir? Bundan sonra iqtidar-müxalifət münasibətlərində hansı mərhələ başlanır?
Müxalifətçilik etmək naminə cığallıq nə qazandırır? Zəfər paradı iqtidarlı, müxalifətli xalqın birgə qürur günü deyilmi?
TV Musavat-ın bu gün “Həftə İçi” proqramında aparıcı Emil Salamoğlu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə gündəmin bu məsələlərini müzakirə edib.
Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Youtube səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Facebook səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






