Zahid Qarayev və Valeh Hüseynov həmin günün dəhşətini danışıblar.
Musavat.com saytının Facebook saytı üzərindən gerçəkləşdirdiyi canlı yayın verilişi bu dəfə Xocalı faiəsinin ildönümünə həsr olunub.
Studiyamızın bu dəfəki qonaqları da hadisəni canlı-canlı yaşayan, o faicənin izlərini özlərində daşıyan şəxslər olub.
Verilişdə Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant Zahid Qarayev və 27 gün əsirlikdə qalan Xocalı şəhər sakini Valeh Hüseynov olub.
Bir saat boyunca davam edən canlı yayın zamanı saytımızın və Facebook səhifəmizin izləyiciləri də müzakirələrdə aktiv iştirak ediblər.
Musavat.com
27 gün erməni əsirliyində qalan Xocalı sakini canlı yayında o dəhşətləri danışdı - VİDEO






