İnsanlara hürriyət, millətlərə istiqlal!

24 yaşlı leytenant: “Azərbaycan ordusu hər zaman güclü olduğunu sübut etməyə hazırdır”

570 26.06.2023 13:59 Gündəm A A

2020-ci il sentyabrın 27-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) yeni tədris ili artıq başlamışdı. Qəhrəmanımız 4-cü kurs kursantı kimi təhsilini davam etdirirdi.  Lakin Vətən digər oğulları kimi onu da döyüş meydanına səslədi. 

Leytenant Əli Vəliyev  təhsilini yarımçıq qoyaraq 44 günlük Vətən müharibəsinə yollandı. 

Musavat.com-a açıqlamasında leytenant Əli Vəliyev müharibədə iştirakından danışıb. Gənc zabitin döyüş yolu oktyabrın 29-da başlayıb: “Bölük komandirinin şəxsi heyət üzrə müavini idim. Füzuli, Şuşa, Xankəndi istiqamətində döyüşlərdə iştirak etmişəm. Füzuli düzənlik ərazi olduğu üçün döyüşlər ağır keçdi. Cəmi 21 yaşım var idi. Müharibə anlayışı filmlərlə, kitablarla, keçdiyimiz  dərslərlə formalaşmışdı, amma döyüş meydanında yaşananlar əsl təcrübə qazandırır. Rütbəsindən asılı olmayaraq müharibə görməyən zabit real vəziyyəti tam anlaya bilməz. Mən müharibənin nə demək olduğunu 21 yaşımda anladım. Bizə məxsus torpaqların işğal olunması, düşmənin Qarabağda azərbaycanlılara məxsus evlərdə yaşaması qəbuledilməz idi. Yaşından asılı olmayaraq hər bir azərbaycanlı kişi Vətəni düşmən tapdağından azad etməyə hər zaman hazır idi. Biz müharibəni qazanmışdıq. Separatçılar qüvvələr təxribat törətməyə davam edirlər. Azərbaycan ordusu 44 günlük müharibə zamanı olduğu kimi, hər zaman güclü olduğunu sübut etməyə hazırdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

5bd8050f-0983-4e66-890c-f3abc84909ad.jpg (226 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR