İnsanlara hürriyət, millətlərə istiqlal!

24 yaşlı arvadını oteldə boğaraq qətlə yetirən şəxsə hökm oxundu

1217 12.08.2021 11:16 Gündəm A A

Sumqayıt arvadını oteldə boğaraq qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə Orxan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan arvadı, 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızını qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə şəhər ərazisində olan otellərdən birində baş verib. Oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı Orxan Həsənov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR