İnsanlara hürriyət, millətlərə istiqlal!

23 yaşlı gənc 5 əfqanıstanlını öldürüb qaçdı - Xüsusi əməliyyatla TUTULDU

1598 15.01.2023 15:05 Kriminal A A

Ankarada 5 Əfqanıstan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs Türkiyə polisinin yaratdığı xüsusi qrup sayəsində Əfqanıstanda tutularaq həbs edilib.

Musavat.com xəbər verir ki, 2022-ci il noyabrın 10-da Ankaranın Altındağ rayonunun Örnek məhəlləsindəki bir evdə 5 Əfqanıstan vətəndaşı qətlə yetirilib.

Hadisəni işıqlandırmaq üçün Ankara Polis İdarəsi Asayiş Şöbəsi Cinayət Bürosu qrupları və Əfqan səlahiyyətliləri tərəfindən xüsusi bir qrup yaradılıb. 

Hadisə yerində aparılan axtarışlar zamanı 10 ədəd mobil telefon və noutbuk ələ keçirilib. Bölgədəki təhlükəsizlik kamerası qeydlərini araşdıran polis, şübhəlinin 23 yaşlı Məhəmməd Ömər Yusufi olduğunu təyin edib. Şübhəlinin Türkiyəyə qeyri-qanuni daxil olduğu və qətlləri törətdikdən sonra Tehran vasitəsilə Əfqanıstanın Kabil şəhərinə getdiyi müəyyən edilib.

Əfqan səlahiyyətliləri ilə əlaqə saxlayan türk polisi şübhəlinin gedə biləcəyi yerlər və insanlarla bağlı bilgiləri paylaşıb. Bunun üzərinə təqib edilən şübhəli Herat şəhərində saxlanılıb, daha sonra götürüldüyü məhkəmə orqanları tərəfindən həbs edilib.

Qətllərin tərəflər arasında pul köçürməsi səbəbindən törədildiyi bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR