İnsanlara hürriyət, millətlərə istiqlal!

21 nəfəri balta ilə öldürən İstanbulun ilk qadın mafiyası - "Baltalı Hano"nun HƏYAT HEKAYƏSİ

7429 21.11.2021 22:37 Maraqlı A A

1800-cü illərin sonlarında yaşadığı iddia edilən "Baltalı Hano" sakit bir həyat sürərkən, ürəyinə düşən qisas alovu onu mafiya liderinə çevirib.

İllər boyu dildən-dilə dolaşan "Baltalı Hano" nun hekayəsi...

Əri öldükdən sonra İstanbulun ən məşhur zorakılarından biri olan Solaxay Liqorla eşq yaşamağa başlayan Hanzadə adlı qadın bu münasibətin həyatının dönüş nöqtəsi olacağını bilmirdi. Hekayənin düzgünlüyünə şübhələr olsa da, "Baltalı Hano"nun həyat hekayəsi serial və filmlərin mövzusu da olub.

1800-cü illərdə yaşadığı deyilən Hanzadə adlı qadın kasıb bir ailədə doğulsa da, evlənmək yaşına çatanda varlı bir kişi ilə ailə həyatı qurub və bu evlilikdən bir oğlu olub. Lakin oğlunun cəmi 6 yaşı olanda Hanzadənin əri dünyasını dəyişib.

Hanzadə çox zəngin qadın olduğu üçün İstanbulun bütün zorbaları onun ürəyini oğurlamağa çalışırdılar. Hanzadə isə məşhur quldur Liqoru özünə sevgili seçib. Uzun illər Solaxay Liqorla münasibətdə olan Hanzadə 12 yaşlı oğlu evə gəlmədikdə təlaş içində oğlunu axtarmağa başlayıb. Solaxay Liqor acıdan qıvrılan sevgilisini sakitləşdirərək oğlundan ümidini kəsməli olduğunu deyib.

Günlərin bir günü Hanzadənin qulağına xəbər gəlib ki, oğlu yoxa çıxmayıb, Solaxay Liqorla hamamdadır. Şayiələrə görə, Liqor Hanzadənin oğlunu hamamda özünə işçi edib, dostları ilə onu istismar edir. Bunu eşidən Hanzadə gözləri ilə görmək üçün kişi libasına girərək ərinin arxasınca gedib və içəri baxanda oğlunun doğrudan da orada olduğunu görüb. Gördüklərindən hiddətlənən Hanzadə odun doğramaq üçün nəzərdə tutulan baltanı götürərək bir neçə dəqiqə ərzində 21 nəfəri öldürüb.

Dəhşətli hadisədən sonra xalq Hanzadədən qorxmağa başlayıb və Hanzadənin adı "Baltalı Hano" kimi dəyişdirilib. Yaratdığı qorxu imperiyası ilə kifayətlənməyən Hanzadə xalqa xərac kəsib və oğlunu bu işlərinin başına keçirib.

Qeyd edək ki, gənc aktrisa Merve Kızıl məşhur “Payitaht Abdülhamit” serialında "Baltalı Hano" obrazına həyat verib. Lakin serialda personajın intiqam hekayəsi başqa cür danışılır.

 

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR