Milli Məclisin iclasında “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib.
Musavat.com-un məlumatına görə, layihəyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi ilə bağlı təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.
Qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun hazırlanıb.
Qanun layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.
E.Paşasoy,
Musavat.com