Qətər 2022-ci ilin futbol üzrə Dünya çempionatı zamanı otellərdə nömrə çatışmazlığı ilə üzləşə bilər. Musavat.com xəbər verir ki, məlumatı “Doha News” yayıb.
2015-ci ilin sonunadək ölkədə 20 minə yaxın nömrəlik otel inşa edilib. FİFA isə 60 min nömrənin olmasını tələb edir.
Hesablamalara görə, 2022-ci ildə Qətərdə 46 min otel nömrəsi olacaq. Daha 6 min nömrənin isə səyahət gəmilərində yaradılması nəzərdə tutulur.
Mundial təşkilatçıları qalan azarkeşləri səhradakı kempinqlərdə yerləşdirmək istəyir.
Musavat.com