İnsanlara hürriyət, millətlərə istiqlal!

2020-ci ilin noyabrında rekord istilik qeydə alınıb: alimlərdən xəbərdarlıq 

2057 08.12.2020 16:24 Maraqlı A A


Bu ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti ayı kimi qeydə alınıb. Beləliklə, 2020-ci ilin noyabr ayı ötən ilin temperatur maksimumunu ötüb.

Bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” fəza proqramında məlumat yayılıb. Məlumatda qeyd edilir ki, qlobal miqyasda 2020-ci ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti noyabrı olub.

Mütəxəssislərin fikrincə, bu ay 1981-ci ildən 2010-cu ilədək noyabr aylarında orta göstəricidən 0,77 dərəcə isti olub. Bu il temperatur əvvəlki rekordların qeydə alındığı 2016 və 2019-cu ilin noyabr aylarına nisbətən 0,13 dərəcə yüksək olub.

Alimlər mövcud vəziyyətin çox ciddi olduğunu bildirir və həyəcan təbili çalırlar. Qeyd edilir ki, bu cür istilik həm ekologiya, həm də iqtisadiyyat üçün böyük bir təhlükə deməkdir.

Araşdırmalara görə noyabr ayı üçün bu cür istilik Sibirdə, Şimal Buzlu Okeanında, Alyaskada və Kanadanın şimal-qərbində də qeydə alınıb. Tibet Yaylası və Şərqi Antarktida arasındakı göstəricilər də orta səviyyədən yüksək olub.

Ümumilikdə, 2020-ci ilin göstəriciləri insan fəaliyyətindən qaynaqlanan istiləşmənin davam etdiyi barədə fikri təsdiq edir. 2011-ci ildən 2020-ci ilə qədər olan müddət indiyə qədər qeydə alınan ən isti onillikdir.

Xalidə, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR