İnsanlara hürriyət, millətlərə istiqlal!

2010-cu İL TÜRKİYƏDƏ “QARABAĞ İLİ” ELAN OLUNUB

829 23.05.2010 08:42 Gündəm A A
Federasiya 2010-cu il ərzində Türkiyənin əksər bölgələrində “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda” adlı sərgiyə start verib. Artıq sərgi Ankara, İzmir, Alaniya və Adanada keçirilib. Türkiyə Qəzetçilər Federasiyasının başkanı Atilla Sertel modren.az-a bildirib ki, bu ay ərzində sərgi Kapadokiya və Nevşeherdə keçiriləcək: “Biz bu sərgini ilin sonunadək Türkiyənin əksər bölgələrində keçirməyi planlaşdırırıq. Qardaş Azərbaycanın problemi Türkiyənin problemidir. Bizlər də jurnalist olaraq bu mövzuda gücümüz çatan bütün yükü daşımağa hazırıq. Ankara və Alaniyada keçirilən sərgilərdə Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, sədr müavini Xətai Əzizov və digər dostlarımız, İzmirdə keçirilən tədbirdə isə Azərbaycanın millət vəkili, Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Elşad Eyvazlı, Əliməmməd Nuriyev və Səfər Alışarlı iştirak etdilər. Adanada isə sərgini özümüz keçirdik. Bundan sonra keçiriləcək sərgiləri də özümüz təşkil edəcəyik. Təbii ki, bu sərgilərdə azərbaycanlı dostlarımızın da iştirak etməsini istərdik. Ancaq iştirak etməsələr də qarşıya qoyduğumuz məsələni icra edəcəyik. Bu, Azərbaycan xalqı qarşısında bizim borcumuzdur”.
PJB-nin təşəbbüsü ilə Atilla Sertel başda olmaqla Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyətinin yaxın zamanlarda Azərbaycana səfəri də gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR