İnsanlara hürriyət, millətlərə istiqlal!

200 dollara ərinə məscid videosu çəkdirən qadın saxlanıldı - MOSSAD əməliyyatının detalları - FOTOlar

1196 07.01.2024 15:12 Gündəm A A

İstanbulda İsrailin kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli hesab olunan şəxslərlə bağlı keçirilən əməliyyatın yeni detalları üzə çıxıb.

Milli.Az bildirir ki, ötən gün Türkiyədə İsrail kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli hesab olunan 34 nəfər saxlanılıb. Onlardan 15-i barəsində həbs qətiimkan tədbiri seçilib.

Saxlanılanlardan biri qadın olub. Ondan Türkiyədəki məscidin videosu istənilib. Həmin şəxs isə xəstə olduğu üçün videonu ərinə çəkdirib, əvəzində 200 dollar alıb.

Həmçinin məlum olub ki, bu şəxslərə pulları kuryerlər aparıb. Saxlanılan şəxslərdən biri xəstəxanada işləyib. O son zamanlar fələstinlilərin ən çox gətirildiyi xəstəxanadan onlar barədə MOSSAD-a məlumat ötürüb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR