İnsanlara hürriyət, millətlərə istiqlal!

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Varşavada aksiya keçirilib (VİDEO)

510 19.01.2016 23:52 Dünya A A
Yanvarın 19-da Polşanın paytaxtı Varşavada ,müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi  Polşa ictimaiyyətinə daha fərqli üsulda çatdırılıb.

Aksiyada iştirak edən tələbələr Nail Əhməd, Rəsul Məmmədov, Məhərrəm Qarayev və Kamil Babayev üzərində  20  Yanvar  faciəsini  əks etdirən  kiçik  bukletləri,  qərənfillərlə birlikdə şəhər sakinlərinə paylayıblar.Azərbaycanın Polşadakı Səfirliyi tərəfindən hazırlanmış bröşurların üzərində 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən zülmlər haqqında polyak dilində geniş məlumat verilib.

Aksiya zamanı tələbələr  şəhər sakinlərinə sovet qoşunlarının Bakıya müdaxiləsi və dinc əhaliyə qarşı törətdiyi qətliam və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi haqqında  məlumat verilib, bbu  faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini və xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu bildirilib.

Qeyd edək  ki  bu  təşəbbüs  Varşavanın  mərkəzində həyata  keçirilib və iki yüzdən çox Polşa vətəndaşı 20 Yanvar faciəsi haqda məlumatlandırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR