20 DEPUTAT “ZOOPARK” TƏHQİRİNƏ GÖRƏ BİNƏQƏDİ MƏHKƏMƏSİNƏ ƏRİZƏ VERDİ
Deputat bildirib ki, İlqar Məmmədovun məhkəməyə verilməsi ilə bağlı deputatlar imzaatma kampaniyasına başlayıblar və onun qanun qarşısında cavab verməsini istəyirlər. “Artıq bununla bağlı deputatlar imzaatma kampaniyasına başlayıblar. Bir sıra deputatlar imza atıblar. Bəziləri isə bu günlərdə imza atacaq” deyə, H.Rəcəbli vurğulayıb.
Deputat qeyd edib ki, İlqar Məmmədov Binəqədi rayonunda qeydiyyatdadır və işə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
Modern.az-a açıqlamasında İlqar Məmmədov deyib ki, deputatlar onun qeydiyyat ünvanını səhv bilirlər. “Mən Binəqədidə qeydiyyatda deyiləm, Yasamaldayam”. Qeyd edək ki, deputatların İ.Məmmədovu məhkəməyə verməsinə səbəb REAL Hərəkatının sədrinin Milli Məclisi “zoopark” adlandırmasıdır.