2 YAŞLI KÖRPƏNİN QANI BATIRILIR

T.Rəhimov bildirdi ki, avqustun 12-də işi araşdıran Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Pərviz Abdinov onunla əlaqə saxlayaraq polis idarəsinə çağırıb. Həmin gün o, günün ikinci yarısında müstəntiqin yanına gedib və təzyiqlə üzləşib: “Müstəntiq mənə xəbərdarlıq etdi və dedi ki, bu işdən əl çək. O, mənə bildirdi ki, şikayət etmə, onsuz da heç nə çıxmayacaq. Onu da dedi ki, iş sizin xeyrinizə deyil, həmin maşının heç bir yerində cızıq yoxdur. O, maşının uşağa dəymədiyini, uşağın maşına gəlib dəydiyini bildirdi. Uşaq təzə-təzə yeriyirdi. Müstəntiqin dediyinə görə, guya uşaq arxadan gəlib maşına dəyib. Bundan sonra ona dedim ki, görünür bu işlə bağlı haqqını almısan. O da dedi ki, belə işdən haqq almır”.
Söhbət zamanı müstəntiqin bu işdən çəkilmələri üçün ona davamlı təzyiq etdiyini iddia edən T.Rəhimov dedi ki, söhbətdən sonra müstəntiq rəisin yanına gedib: “Müstəntiq təkrar-təkrar mənə bildirdi ki, nəvəmi vuran adam tutulmayacaq. Dedi ki, uzağı ona inzibati cəza veriləcək. Bundan əlavə müstəntiq mənə təkidlə ”öyrən gör mən kimin adamıyam", dedi".
T.Rəhimovun sözlərinə görə, polis idarəsində müstəntiq ondan izahat almaqdan imtina edib. Əlavə etdi ki, müstəntiqin ona təzyiq etməsi ilə bağlı prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət edib: “Biz uşağın ölümü ilə bağlı şikayətçi deyilik. Sadəcə, müstəntiqin belə davranışını anlamırıq və ondan şikayətçiyik. İşin onlardan alınıb prokurorluğa verilməsini tələb edirəm”.
Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsindən milli.az portalına bildirmişdilər ki, atasına məxsus “Range Rover” markalı, 90 FZ 100 nömrəli maşını idarə edən Aydın İlqar oğlu Aydınlı saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimovu vurub. Azyaşlı aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıldığı bildirilirdi.
Hadisədən sonra T.Rəhimov “Yeni Müsavat”a açıqlamasında demişdi ki, olay baş verən zaman nəvəsi digər uşaqlarla birlikdə binanın qarşısında oynayırmış. Uşağın anası da orada imiş. Bu zaman 15 yaşlı A.Aydınlı “Range Rover”lə binanın həyətinə daxil olub və maşını uşaqların üstünə sürüb. Hamı qaçıb. Altay isə balaca olduğundan qaçıb canını qurtara bilməyib. Maşın onu vurub. T.Rəhimov dedi ki, A.Aydınlı uşağı vurandan sonra onu yaralı halda yaxındakı poliklinikaya aparıb. Lakin Altayın həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, qəzanı törədən A.Aydınlının atası İlqar Aydınovun tikinti şirkətlərindən birinin rəhbəri olduğu bildirilir.
Qafqazinfo.az saytı isə məlumat yaymışdı ki, həmin gün Abşeron rayonu ərazisində, Novxanı kəndində Bakı sakini Ramin Sadıqov idarə etdiyi “Range Rover” markalı, 10 GF 010 nömrəli maşınla həmin kəndin sakini, 6 yaşlı Nərgiz Rüstəmovanı vurub. N.Rüstəmova aldığı xəsarətdən hadisə yerində ölüb. N.Rüstəmovanı vuran şəxsin atasının isə böyük klinikalardan birinin sahibi olduğu deyilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov demişdi ki, hər iki faktla bağlı Nəsimi və Abşeron Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. O, tibbi və avtotexniki ekspertizanın rəyi məlum olandan sonra həmin sürücülərin məsuliyyətə cəlb edilməsi işinə məhkəmədə baxılacağını da bildirmişdi.
Əldə etdiyimiz ən son məlumata görə, müstəntiqi Pərviz Abdinov baş prokurorun I müavini Rüstəm Usubovun qohumudur və ona güvənərək belə arxayın hərəkət edir.
İş günü olmadığından dünən məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənə bilmədik. Yazıda adları çəkilən şəxslərin, o cümlədən istintaq aparan qurumun mövqeyini də çap etməyə hazırıq.