İnsanlara hürriyət, millətlərə istiqlal!

1993-cü ildə əsası qoyulan siyasi uğurlar və gerçəkliklər- Vüqar Sərdarov yazır

534 08.05.2024 12:37 Ölkə A A

1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın suverenliyinin və müstəqilliyinin qorunub saxlanması istiqamətində tarixi xidmətlər göstərmiş lider kimi insanların yaddaşında əbədi yaşamaq hüququ qazanıb.

Ölkənin həyatında çox zəruri olan ictimai, siyasi sabitliyə nail olunduqdan sonra demokratik təsisatların yaradılması və təkmilləşdirilməsi, dövlət aparatının möhkəmlənməsi, yeni- açıq və demokratik vətəndaşlığın formalaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin yaradılması istiqamətində əməli işlərə başlanıldı. Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ümummilli Lider tərəfindən atılan ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri- Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu.

Prezident Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın müstəqilliyininn təminatı üçün müasir ruhda yazılan və xalq tərəfindən qəbul edilən yeni Konstitusiyaya ehtiyac var. Yalnız bundan sonra 1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi hazırlamaq tapşırığı verildi.

Dövlətçilik tariximizin ən parlaq səhifəsi Heydər Əliyevin adı ilə bağlıdır

Komissiyanın tərkibinə respublikamızın tanınmış ictimai-siyasi xadimləri, alimlər, peşəkar hüquqşünaslar daxil edildi. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu.Geniş ictimaiyyətin iştirakı ilə aparılan müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendum) 91,9 faiz səslə qəbul edildi. Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı və ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı.

Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.

Ümummilli Lider Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə (1993-2003-cü illər) xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin  dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən parlaq misallardır.

Heydər Əliyevin tez-tez dindarlarla görüşməsi, dini bayramlarda məscidlərə getməsi, dindarların mənəvi ehtiyaclarına həssaslıqla yanaşması xalq arasında həmişə böyük razılıq hissi ilə qarşılanmışdır. Məsələn, Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasını vurğulayan Ulu Öndər bu bayramın bəşəri-mənəvi dəyərlərindən, insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi  dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban Bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini əməllərinə sədaqətinin parlaq ifadəsidir”.

Heydər Əliyev gözlənilməz siyasi gedişləri və manevrləri ilə tarix yaradan siyasi liderlərdəndir. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, o zamankı 8iqtidarın səriştəsizliyi günü-gündən ölkəni xaosa sürkləyirdi. Artıq 1993-cü ilin başlanğıcından Azərbaycanda dərin siyasi böhran başlamışdı. İlin ortalarında isə bu böhran özünün kulminasiya nöqtəsinə çatdı. Belə olan surətdə gözlər Azərbaycanın qədim şəhəri Naxçıvana dikildi. Bu şəhərdə dünyanın qos-qocaman bir kişisi, böyük siyasi təcrübəyə malik Heydər Əliyev adında bir dahi yaşayırdı. İnsanlarda möhkəm əminlik yaranmışdı: Azərbaycanı düşmüş olduğu vəziyyətdən yalnız O- Heydər Əliyev çıxarda bilərdi...

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onun müstəqilliyinin ömrünü əbədi və dönməz etmiş qüdrətli şəxsiyyətdir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.

Müasir Azərbaycanın xilaskarı və memarı

Ümummilli Liderin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Azərbaycan xalqı haqlı olaraq Ümummilli lideri xilaskar adlandırmışdır. Əbədiyaşar öndər atdığı müdrik addımlarla respublikanı fəlakət burulğanından çıxarmağı, sabitliyə və inkişafa istiqamətləndirməyi bacardı. 1993-cü ildə onun qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan xilas oldu.

Ulu Öndər deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin. Azərbaycan müharibə şəraitindən çıxa bilsin”.

15 İyun Milli Qurtuluş günü dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir...

Heydər Əliyev və Azərbaycan təbiəti

Xalqımız onun əziz xatirəsini həmişə uca tutur, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı- Milli Qurtuluş günü kimi qeyd edir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Əbədiyaşar öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bügünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümumilli Lider andiçmə mərasimindəki nitqində deyib : “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Hazırda Ümummilli liderimizin uzaqgörən və düzgün siyasəti ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən peşəkarcasına və ləyaqətlə davam etdirilir. Bu müdrik siyasət ilə ölkəmiz böyük uğurlara imza atmış və bundan sonra da atacaqdır.


efüf.jpg (91 KB)
Vüqar Sərdarov,

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin Elmi-mədəni Mərkəzin direktor müavini
YAP Səbail rayon ərazi partiya təşkilatının sədri

   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR