İnsanlara hürriyət, millətlərə istiqlal!

19 yaşlı gənc hakim qarşısında- şit zarafata görə 16 yaşlı Musanı öldürüb

1456 09.01.2019 12:43 Kriminal A A

16 yaşlı oğlanı qətlə yetirməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

Hadisə 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib.

2000-ci il təvəllüdlü Ağaramazan İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayıb. Musa Babayev aldığı xəsarətlərdən dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb. Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu da məlum olub.

Məlumata görə gənclər arasında dava şit zarafata görə olub. Ağaramazan İsmayılov avtobusda sürücü köməkçisi işləyirmiş. O deyib ki, Musa Babayev də onun qonşusudur. Onun dediyinə görə, Musa avtobusda başına iki dəfə sillə vurub. Ağaramazan söyləyib ki, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və Musanı bıçaqlayıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR