İnsanlara hürriyət, millətlərə istiqlal!

19 erməni yük maşını 14 saatdır sərhədimizdədir – Azərbaycan bu ADDIMI ATACAQ – Elçin Alıoğlu ilə CANLIda

1345 27.07.2023 11:22 Gündəm A A

İrəvandan göndərilən və ötən gün axşam saatlarında sərhədimizə çatan 19 yük maşını “Laçın” postunun önündə gözləməyə davam edir. Bu barədə erməni mediası məlumat yayıb.

400 ton (Ermənistan Baş naziri Nikol Paşinyan 360 ton olduğunu bildirir) “humanitar yardım” olduğu bildirilən yük Azərbaycanla razılaşdırılmadan və Bakının razılığı alınmadan, nümayişkaranə şəkildə Xankəndiyə göndərilib.

Azərbaycan isə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini və bunun Brüsseldə razılaşdırıldığını bildirərək, bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb. Prezidentin köməkçisi Hikmət Hacıyev isə sərt xəbərdarlıq edərək, “Oyun bitdi!” mesajını verib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində ekspert-jurnalist Elçin Alıoğlu müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR