İnsanlara hürriyət, millətlərə istiqlal!

1700-dən çox şəhid ailəsi və qazi özünüməşğulluq proqramına cəlb olunub

359 29.01.2021 10:51 Sosial A A

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, bu müharibənin qazilərinə özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir.

Musavat.com xəbər verir ki, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1 700-dən çox şəxs növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub.

Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Proqrama cəlb olunanların istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunur.

Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR