17 İL SİRLİ QALAN 4 İYUN QİYAMI
Həmin dönəmdə Milli Qvardiyanın (MQ) zabiti olan Ə.Süleymanov dedi ki, Gəncə hadisələrinin əsası əslində Bakıda qoyulub: “Mən həmin vaxtlar Füzulidə uğurlu döyüş əməliyyatı keçirib Bakıya qayıtmışdım və Prezident Aparatının mühafizəsini həyata keçirirdim. Məlumat aldım ki, 1993- cü ildə 25 və 26 mayda ölkə rəhbərliyinin apardığı siyasətdən narazı olan, özünün mənafeyini düşünən qüvvələr Gəncədə yaranmış vəziyyətlə əlaqədar toplantı keçiriblər. Burada MQ-nin qərargah rəisi Tariyel Nəsirov, alay komandiri Elmar Hüseynov da iştirak edib. Tədbir metronun ”Bakı Soveti" (indiki “İçərişəhər”) stansiyası yaxınlığındakı inzibati binaların birində gizli keçilmişdi. Həmin müşavirədə bu şəxslərin qarşısında çox ciddi məsələlər və Gəncə hadisələrinin əsası qoyulmuşdu! Bu məlumatı mənə toplantıda iştirak edən şəxslərdən biri vermişdi. Başqa bir toplantı isə mayın 31-də Nazirlər Kabinetində dövlət rəhbərliyi tərəfindən təşkil olunub. Toplantıya baş naziri Pənah Hüseyn rəhbərlik edirdi. Birinci toplantıda dövlət çevrilişinə hazırlıq planı, ikincidə isə bu dövlət çevrilişinə cəhd planının qarşısının alınması müzakirə edilmişdi. İyunun 1-də MQ-nin Gəncəyə heç zaman döyüşdə iştirak etməyən Elmar Hüseynov və Tariyel Nəsirovun rəhbərliyi altında göndərildiyini biləndə, başa düşdüm ki, onlar tabeçiliyində olanları Surət Hüseynova təhvil verəcəklər. Çünki onlar Surətlə əlaqədə idilər. Bunu mərhum Elçibəyə şəxsən deməyimə imkan verilmədi. 2 gün sonra bunu prezidentə onun mühafizəçilərindən olan bacısı oğlu Mərdan Hüseynov vasitəsilə çatdırdım".
Polkovnik bildirdir ki, 4 iyunda prezidentin əmri ilə onu Gəncəyə ezam ediblər: “Qvardiyaçılar və Xüsusi Təyinatlı Polis Dəstəsinin 70-ə yaxın döyüşçüsü ilə birlikdə Gəncəyə uçduq. Biz ora çatana qədər daxili işlər nazirinin müavini Qabil Məmmədovu Surətin adamları tutmuşdular. Mərhum komandanımız Tahir Məmmədov rabitə vasitəsilə mənə bildirdi ki, MTN-in binasında Surətin adamlarının mühasirəsindədirlər, onları təcili xilas edim. Binanı mühasirədən çıxarıb içəri daxil olanda gördüyüm mənzərə məni şoka saldı. Bizim və MTN-in xüsusi təyinatlı dəstələri boyunlarını büküb pilləkənlərdə oturmuşdular. Qvardiyaçıların üstünə qışqırdım ki, tez çölə çıxın, bina ətrafında mövqe tutun. Milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər isə üstümə qışqıraraq, ”siz haradan gəldiniz?" dedi. Ona “sizi Surətin mühasirəsindən çıxarmağa gəlmişik” cavabını verdim. O mənə “Nə mühasirə? Mən burada danışıq aparıram, siz hücum edirsiniz, qardaş qanı tökmək istəyirsiniz”, dedi və T.Məmmədova “bunları çıxar buradan, mənə mane olurlar” söylədi. Lakin mən birbaşa prezident tapşırığı aldığımdan öz işimizi görürdüm. Qısa müddətdə şəhərdə nəzarəti ələ keçirdik. Bundan sonra Surət tərəfindən iki nəfər danışıq aparmaq üçün əllərində ağ bayraq Milli Təhlükəsizlik İdarəsinin binasına yaxınlaşdı. Hiss etdim ki, onların məqsədi baş qatıb, güc toplamaqdır, ona görə onları yaxın buraxmamağı və əməliyyatı davam etdirməyi məsləhət bildim. Lakin planıma qarşı çıxıldı. Sülhəddin Əkbər Surətin adamlarını - hərbi hissə komandiri Eldar Əliyev və “Zobik” ləqəbli şəxsi çox mehribanlıqla qarşıladı, içəri dəvət etdi. Bir neçə dəqiqə sonra Sülhəddin Əkbər məni içəri çağırıb bildirdi ki, danışığa gələn şəxslərin tələbinə əsasən mən danışıq gedənə qədər onların döyüşçülərinin arasında olmayam. Artıq hər şey aydın idi. Məqsəd məni əsir götürüb, vəziyyəti öz nəzarətlərinə almaq idi. Məni tutandan sonra Eldarla “Zobik” danışıqdan imtina etdilər. Onlara dedim ki, kişi kişini danışıqda tutmaz. “Zobik” mənə “səni biz tutmadıq, səni bizə özünüzün adamlarınız qurbanlıq qoyun kimi verdilər” söylədi və məni Surətin yanına gətirdilər"...
S.Hüseynovun göstərişi ilə Ə.Süleymanov onun qərargahında girov saxlanılıb. Bir neçə saat sonra isə şəhərdə atışma başlayıb: “Mənə nəzarət edən hərbçilərdən biri bildirdi ki, Goranboy taborunun əsgərləri qvardiyaçıları və mülki adamları güllələyirlər. Az sonra sağ qalan qvardiyaçıları da gətirib bizim yanımıza saldılar. Onlar bildirdilər ki, mən girov veriləndən sonra Surətin adamları danışıq aparmağı dayandırıb, hücuma keçiblər. Sonda isə Hüseynovun adamları ilə əlaqəyə girən Sülhəddin Əkbər və Tahir Məmmədov razılaşıblar ki, hökumət qüvvələri silahı təhvil vermədən, maneəsiz Gəncədən çıxsınlar. Bu razılıq əsasında onlar iki avtobusda Gəncədən çıxmaq istəyərkən gülləbaran ediliblər. Tahir Məmmədov ilk güllə yarası alıb həlak olanlardan oldu. Surətçilər özləri aranı qatmaq üçün 709 saylı hərbi hissənin zabiti Mehman Ələkbərovu özləri arxadan vurublar, təxribat yaradıblar ki, guya onu qvardiyaçılar vurub. Ardınca da Gəncədən çıxmaq istəyən qvardiyaçıları gülləbaran etdilər. Bununla da 4 iyun qiyamı baş tutdu. Bizi isə bir müddət girov saxladıqdan sonra Gəncə təcridxanasına göndərdilər. İyulun 1-də isə o zaman prezident səlahiyyətlərini icra edən Milli Məclis sədri mərhum Heydər Əliyevin göstərişi ilə bizi azad etdilər”...
Ə.Süleymanov bildirdi ki, bu cinayətdə birbaşa iştirak edənlər cəzalarını almayıblar: “Gəncə hadisələri zamanı müəmmalı rollar oynayan və dolayısı ilə Surət Hüseynovla əlaqələri olan Elman Hüseynovla Tariyel Nəsirov bizimlə birgə cəmi bir gün saxlanıldılar. Onları dərhal azad etdilər. Onlar gedəndən bir-iki saat sonra saxlanıldığımız yerə təcili tibbi yardım maşınında bizimlə birgə girov olan qvardiyaçı Kazımov Səmədin atası gəldi. Maşını sürən üzü çapıq hərbçi də yerə düşdü. 4 iyunda sürətçilər tərəfindən avtobusda gülləbaran edilən qvardiyaçılar Səmədin atasının yanında gələn hərbçinin onları güllələyənlərdən biri olduğunu dedilər. Lakin həmin adam haqqında heç bir tədbir görülməyib. Onu sorğu-sual edib, Gəncə hadisələri ilə əlaqədar bir çox gizli cinayət işlərini açmaq olardı ki, bu göstərişi kim verib”...
Görünür, Gəncə hadisələrinin açmaq hələ də bir çoxlarına sərf etmir. Tanrı millətimizə heç zaman qardaş qırğını göstərməsin...
Mövzunu davam etdirəcəyik.