İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşlı qızın cəsədinin tapıldığı yer hər kəsi ŞOKA SALDI - Bədənində döyülmə izləri var FOTO

1105 21.08.2022 14:35 Hadisə A A

Türkiyədə iki gündür itkin düşən 16 yaşlı Firdevs Babatın cansız cəsədi tapılıb.

Musavat.com xəbər verir ki, hadisə Şırnakın Uludere rayonunda baş verib.

İki daşın arasında sıxışıb qalan yarıçılpaq gənc qızın bədənində döyülmə izləri aşkarlanıb. Digər tərəfdən, hadisə ilə bağlı bir nəfər saxlanılıb.

İki gün əvvəl Uludere rayonunun Şenoba qəsəbəsində dostunu çağırmaq üçün evdən çıxan 16 yaşlı Firdevs Babatdan xəbər ala bilməyən ailəsi vəziyyəti jandarma qruplarına bildirib. Bildirişdən sonra qruplar işə başlayıb.

Axtarışlar nəticəsində 16 yaşlı Firdevs Babatın iki daşın arasında sıxışmış yarıçılpaq cəsədi axşam saatlarında Şenoba Hezil çayı yaxınlığında bədənində zərbə izləri ilə tapılıb. Hadisə yeri araşdırmasının ardından cəsəd ekspertiza üçün Uludere Dövlət Xəstəxanasına, daha sonra Şırnak Dövlət Xəstəxanasına aparılıb.

Firdevs Babatın cansız cəsədi tapıldıqdan sonra saxlanılan sevgilisi dindirilmə zamanı qətli törətdiyini etiraf edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR