İnsanlara hürriyət, millətlərə istiqlal!

145 saylı məktəbdə valideynlərlə direktor arasında dərs qrafiki qalmaqalı

4284 08.09.2022 16:22 Sosial A A

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bütün şagirdlər və valideynlər məktəblərin başlanması ilə əlaqədar planlarını qurub, hazırlıqlarını bitiriblər.

Lakin Bakı şəhəri, Nizami rayonunda yerləşən E.Quliyev adına 145 nömrəli tam orta məktəbdə tədrisin başlanmasına az qalmış məktəb direktoru ilə valideynlər arasında narazılıqlar başlayıb.

Bu barədə Musavat.com-a məlumat verən valideynlər bildiriblər ki, adını çəkdiyimiz məktəb 2022-2023-cü tədris ili üzrə 5-ci sinifləri ikinci növbəyə keçirib.

Bu isə valideynlərin narazılığına səbəb olub. Onlar bildirir ki, həmişə birinci növbə fəaliyyət göstərən məktəb, bu ildən 5-ci sinifləri ikinci növbəyə keçirib. "Uşaqlarımız ikinci növbəyə salsalar dərslər axşam 17:00-18:00-a kimi davam edəcək. Bu halda uşaqlarımız çox şeydən məhrum olacaqlar. Övladlarımız məktəbdənkənar kurs və məşğələlərdən kənarda qalacaq. Axşam dərsdən gələn uşaqlarımız idmanla, rəsmlə, digər dərnəklərlə nə vaxt məşğul olacaqlar? Nəzərə alsaq ki, qarşıdan qış fəsli gəlir, hava 17:00-da qaralır. Bəs uşaqlarımız nə vaxt istirahət edəcək, nə vaxt məktəb tapşırıqlarını hazırlayacaq? Valideynlərin də əksəriyyəti işləyir, onlar övladlarını necə məktəbə gətirəcəklər?



Bütün bu sualları cavablandırmaq üçün valideynlər məktəbin direktoru Pərvanə Abbasova ilə görüşüb, mövcud vəziyyətlə bağlı narazılıqlarını dilə gətiriblər. Direktor bildirib ki, şagirdlərin sayı çox olduğu üçün belə bir addım atıblar.

Bu məsələ ilə bağlı, valideynlər etiraz sənədi hazırlayıb, imza toplayaraq Elm və Təhsil nazirliyinə müraciət göndəriblər.

Qeyd edək ki, 145 nömrəli tam orta məktəbdə 5-ci siniflərin sayı doqquzdur. Onlardan səkkizi rus, qalan biri isə Azərbaycan bölməsinə aiddir.

Məsələ ilə bağlı Bakı Təhsil İdarəsindən Musavat.com-a aşağıdakılar bildirilib:

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin müvafiq bəndlərinə əsasən yerli şəraitə uyğun olaraq, müəssisənin iş rejimini müəyyənləşdirmək və müəssisənin iş rejiminin təkmilləşdirilməsi məktəb Pedaqoji Şurasının hüquq və vəzifələrinə daxildir. Məktəbdə iş rejimi Peqaqoji Şuranın qərarına əsasən təyin edilir".

Elçin Əkbərov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR