İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı oğlan babasına çayı gec gətirdilər deyə dükan sahibini güllələdi - ANBAAN VİDEO

1354 26.11.2022 21:38 Hadisə A A

Türkiyədə çayxananın sahibi İsmail Güder adlı şəxs çayı gec gətirdiyi üçün mübahisə etdiyi müştərinin göndərdiyi 14 yaşlı oğlan tərəfindən güllələnib. 

Musavat.com xəbər verir ki, aparılan araşdırmalar nəticəsində yaxalanan şübhəlinin müştərinin nəvəsi olduğu üzə çıxıb.

Sözügedən hadisə Türkiyənin Bursa şəhərində baş verib. Hadisə zamanı yaralanan Güder Çekirge Dövlət Xəstəxanasına aparılıb. Polis qaçan şübhəlinin müəyyən edilərək tutulması üçün əməliyyata başlayıb.

Hadisə yerindəki təhlükəsizlik kameralarını araşdıran polislər Güderi tapança ilə vuran şəxsin K.D.-nin 14 yaşlı nəvəsi M.E.K. olduğunu müəyyən edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR