İnsanlara hürriyət, millətlərə istiqlal!

14 uşaq atası: "Uşaqlarım dövlət himnini əzbər bilir" - İTTİHAMA CAVAB

2219 04.11.2016 17:03 Son xəbər A A
Bərdə rayonunun Cəyirli kəndində yaşayan İsgəndərovlar ailəsi ötən həftə 14-cü övladının dünyaya gəlməsi ilə ölkə gündəminin diqqətini özünə cəlb etdi. Taleh və Tünzalə İsgəndərovlar bununla da ailədə gender bərabərliyini təmin etdilər - 7 oğlan, 7 qız.
 
Bu günlərdə isə bəzi saytlarda İsgəndərovlar ailəsi haqqında xoşagəlməz yazı dərc olundu. Adının çəkilməsini istəməyən və vaxtilə bu ailənin övladlarına orta məktəbdə dərs dediyini bildirən "müəllim" İsgəndərovların Azərbaycanda fəaliyyəti qadağan olunmuş “Yəhova Şahidləri” adlı qeyri-ənənəvi dini sektaya mənsub olduqlarını, məhz bu səbəbdən uşaqlarına Azərbaycanın dövlət himnini öyrətmədiyini, gerb və bayrağımızı tanıtmadığını iddia edib.
 
APA TV-nin çəkiliş qrupu məsələyə aydınlıq gətirmək məqsədilə yenidən İsgəndərovlar ailəsinə baş çəkib. Barələrində yazılanlardan hiddətləndiklərini deyən ailənin başçısı Taleh İsgəndərov Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirib: "Müharibə başlayandan N saylı hərbi hissədə olmuşam, 1997-ci ildə hərbi hissədən tərxis olunmuşam. Bu gün mənim oğlum hərbi xidmətdədir, mart ayında o biri oğlum gedəcək hərbi xidmətə. Orda elə şeylər yazılıb ki, ağlasığmaz, düşünülməmiş şeylərdir. Mən məhkəməyə müraciət edəcəyəm".
 
14 uşaq dünyaya gətirən ananın ali təhsili yoxdur. Gəncə şəhərində 9 illik orta məktəbi bitirən Tünzalə İsgəndərova bu günədək heç bir yerdə çalışmayıb. O, Azərbaycan Ordusunda xidmət edən oğluna komandirlərinin göstərişlərinə tabe olmağı, hərbi xidmətini nümunəvi başa vurmağı tapşırıb: "Mən ağızdan eşitmişəm, amma yoldaşım oxuyub. Xoşagəlməz sözlər yazıblar ki, guya biz uşaqları düzgün tərbiyə etmirik. Amma mənim oğlum əsgərlikdədir. Martda da o biri oğlum gedəcək. Onlardan sonra da 5 oğlum durur. Bütün oğlanlarım gedib əsgərlik xidmətini çəkib, Allahın köməyi ilə sağ-salamat  qayıdacaqlar".
 
Maddi dəstəyə və uşaqlarının normal təhsil ala bilməsinə görə Azərbaycan dövlətinə və onun prezidentinə təşəkkür edən Tünzalə xanım deyir ki, həyat yoldaşı dini sektalardan birinə qoşulsaydı, buna ilk etiraz edən özü olardı: "Biz dini sektaların üzvü deyilik. Biz Allaha inanırıq, tək bir Allaha iman gətirirəm. Onların elədikləri, mənə görə, paxıllıqdır. Görürlər 14 uşaq var, düşünürlər ki, bunlar bu uşaqları necə saxlayır. Dövlətimiz bizə uşaq pulu verir, hər uşağa 30 manat, sosial yardımla birlikdə 960 manat edir. Yoldaşımın da qazancı... Onlara maraqlı gəlir ki, bunlar bu ailəni necə idarə edirlər".
 
Bu ailədə böyüyən uşaqların Azərbaycanın dövlət atributlarının tanımaması, dövlət himnini öyrənmək istəməməsinə gəlincə, Taleh və Tünzalə İsgəndərovlar bu suala uşaqların özlərinin cavab verməsini istədilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR