İnsanlara hürriyət, millətlərə istiqlal!

125 mindən çox şagird Azərbaycan dili üzrə monitorinqdə iştirak edib

408 13.06.2024 11:57 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində təhsil alan 125 mindən çox şagird üçün Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.

Bu barədə Musavat.com-a BŞTİ-dən daxil olub.

Qeyd edilir ki, tədris ili ərzində 2 dəfə keçirilən monitorinqin nəticələri təhsil müəssisələrinə həm bal, həm də məzmun təhlili olaraq təqdim olunub.

Yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasından ibarətdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR