“James Bond” filmlərinin məşhur aktyoru Daniel Craiq maraqlı açıqlama verib.
Musavat.com xəbər verir ki, aktyor sərvətini övladlarına vəsiyyət etməyəcəyini açıqlayıb:
“Gələcək nəsillərə yüksək miqdarda pul vermək istəmirəm. Məncə, miras xoş şey deyil. Mən fəlsəfəmə görə bu puldan xilas olmalıyam. Pulu ya xərcləməli, ya da harasa bağışlamalıyam”.
Qeyd edək ki, Danielin 125 milyon sterlinq sərvəti var. İki dəfə ailə quran aktyorun hər evlilikdən bir qızı var.
Könül
Musavat.com
.jpg)






