İnsanlara hürriyət, millətlərə istiqlal!

120 dövlətin “lokomotivi” - Qoşulmama Hərəkatının Bakı akkordları

454 08.07.2023 09:48 Siyasət A A

Azərbaycan paytaxtı daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu dəfə Bakıda 120 üzv dövlət, 18 müşahidəçi ölkə və 10 beynəlxalq təşkilatın daxil olduğu, Azərbaycanın sədrlik elədiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iki günlük nazirlər görüşü reallaşdı. Yekun sənədlər, o cümlədən Bakı Bəyannaməsi qəbul olundu.

Bu tədbir şübhəsiz ki, Azərbaycanın qlobal siyasətdə, regional arxitekturanın qurulmasında özünəməxsus və vazkeşilməz rolunu bir daha təsdiqlədi. Onun artıq oturuşmuş, özünə güvənli və güvənilən, sülhpərvər və haqsevər ölkə, haqqı pozulanın yanında olan dövlət olduğunu növbəti dəfə isbatladı. Eyni zamanda qarışıq dünyamızda, Ermənistanın Fransa timsalında havadarının aşırı həyasızlığı fonunda dövlətimizin beynəlxalq imicinə əlavə və qiymətli siyasi xallar qazandırdı.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm qəbullar keçirdi ki, bu da əlbəttə ki, ölkəmizin haqlı mövqeyinin beynəlxalq miqyasda daha da möhkəmlənməsinə gətirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi iyulun 5-6-da Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlər iclasının uğurla yekunlaşdığı barədə xüsusi açıqlama yayıb. Açıqlamada deyilir: “Nazirlər iclasında Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla, ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilat iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi və çıxışı ilə başlayan nazirlər iclası zamanı hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması, habelə Cənubi Sudanın Hərəkata yeni üzv qəbul edilməsi kimi Azərbaycanın 2019-2023-cü illəri əhatə edən sədrliyinin uğurları xüsusi olaraq vurğulanıb. Tədbir zamanı Hərəkatın gündəliyində duran və əhatə dairəsinə aid bir çox məsələnin əks olunduğu sənədlər yekdilliklə qəbul olunub. Nazirlər görüşü çərçivəsində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir və ”Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda konfrans xüsusi marağa səbəb olub. Azərbaycanın sədrliyi ilə geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə təşəkkür, eləcə də 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul edilib".

Ceyhun Məmmədov: “Ermənistan sülh barəsində yox, daha çox müharibə  barəsində düşünür” | 1news.az | Xəbərlər

Ceyhun Məmmədov 

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Bakıda keçirilən tədbir çox yüksək səviyyədə təşkil edilmişdi və olduqca məhsuldar oldu: “Təsadüfi deyil ki, bu beynəlxalq tədbir dünya mediasının xüsusi diqqətində idi, dünyanın bir çox aparıcı media orqanları, xəbər agentlikləri Bakıda keçirilən bu tədbirdən yazdı, reportajlar verdi. Azərbaycan böyük beynəlxalq təşkilatların böyük zirvə görüşlərinin, toplantılarının keçirildiyi ölkə kimi növbəti dəfə tanındı, Azərbaycanın mövqeləri bir qədər möhkəmləndi. Tədbirdə regionu, dünyanı narahat edən problemlərə, onun həlli yollarına diqqət cəlb edildi.

Xüsusilə Azərbaycan Prezidentinin çıxışında qaldırdığı məsələlər təkcə yerli, regional məsələlər deyildi, eyni zamanda qlobal, bütün dünyanı əhatə edən məsələlər idi. Dünyamızın bu gün üzləşdiyi problemlər, dünyada gərginlikləri hansı dövlətlərin yaratdığı haqda çox vacib məsələlərə toxunuldu. Prezidentinin qaldırdığı məsələlər bütün dünyanı narahat edən, düşündürən məsələlərdir. Ona görə də dünya mediasının xüsusi diqqətini cəlb etdi. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü dünyanı təhdid edən problemlərin qaldırılması və həllinin vacibliyinin vurğulanması, təkliflər irəli sürülməsi ilə də yadda qaldı. Beynəlxalq ictimaiyyət yəqin ki, bunu yüksək qiymətləndirəcək".

Rusiya prezidenti bu barədə düşünməlidir" - Elman Nəsirov »  Gundelik-Baku.Com

Elman Nəsirov 

Deputat Elman Nəsirov isə bildirdi ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü müasir narahat dünyamızda beynəlxalq hüquqa və beynəlxalq qanunlara əməl olunması istiqamətində görülən böyük əməli iş, böyük siyasi və geosiyasi hadisə oldu: “Bu olduqca önəmli istiqamətdə Qoşulmama Hərəkatının üzvü olan 93 ölkə və müşahidəçi qismində təmsil olunan 12 ölkənin iştirakı ilə dünyanın beynəlxalq nizamının yenilənməsi üçün müzakirələr, fikir mübadilələri aparıblar, müxtəlif çağırışlar ediblər. Demək olar ki, bu böyük toplantıda bütün dünya dövlətlərinin nümayəndəsi var idi. Belə bir möhtəşəm toplantıda Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, dünya nizamını yeniləyən, daha ədalətli, daha bərabərhüquqlu dünya üçün inqilabi xarakterli bir çıxış oldu.

Cənab İlham Əliyevin çıxışı bütünlüklə beynəlxalq hüquqa, bərabərlik və sülh prinsiplərinə əsaslanır. Müasir dünyamızda belə bir çıxış etmək olduqca böyük cəsarət tələb edir. Cənab Prezident cəsarətlə “BMT bəşəriyyətin gözləntilərinə cavab vermir, BMT-də ciddi islahatların aparılması qaçılmazdır, BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır” deyərək gerçəklikləri bütün dünyaya bəyan etdi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi müddətdə Qoşulmama Hərəkatı inistitusional inkişaf edərək dünyanın güc mərkəzlərinin səviyyəsinə yüksəlib. Bakıda keçirilən son böyük iclas bir daha bunun sübutu oldu".

Файл:Hikmət Babaoğlu.jpg — Википедия

Hikmət Babaoğlu

Öz növbəsində deputat Hikmət Babaoğlu hesab edir ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən iclası dünyamiqyaslı mötəbər tədbir kimi tarixə düşüb: “Qurumun beynəlxalq münasibətlər sistemində rolunun artdığı bir daha məhz Bakıdan dünyaya nümayiş etdirildi. 2019-cu ildən Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrdə, qurumun həm institusional, həm də dünyada baş verən hadisələrə müdaxilə etmə baxımından rolunun artdığını Prezident İlham Əliyev də çıxışında qeyd etdi. Azərbaycanın rəhbərlik etdiyi dövrdə Hərəkatın Gənclər Şurası yaradılıb. Parlamentlərarası əlaqələndirmə şurası formalaşıb. Bütün bunlar yeni dünya nizamında Hərəkatın rolu ilə bağlı yeni perspektivlər yaradıb. Ona görə də Prezident yeni dünya nizamı və Qoşulmama Hərəkatı ifadələrini birlikdə işlədərək, diqqəti Hərəkatın bu prosesdə mühüm rol oynaya biləcəyinə yönəltdi. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq qlobal bir lider kimi çıxış etdi. Bu böyük toplantı dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Bakı görüşündə qəbul edilən bəyannamə və digər sənədlər ciddi əhəmiyyət kəsb edən sənədlərdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR