İnsanlara hürriyət, millətlərə istiqlal!

12 yaşlı qızı 32 yaşlı kişi ilə nişanladılar: Qurumlar hərəkətə keçdi - VİDEO

1516 29.12.2023 10:51 Hadisə A A

“Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması barədə məlumatlar yayılıb. Faktla bağlı daxil olan məlumat əsasında ailə ilə danışıqlar aparılıb və fakt öz təsdiqini tapıb”.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Məlumatda bildirilir ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

Qeyd edək ki, Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qüızın 32 yaşlı kişi ilə evləndirilməsi ilə bağlı görüntülər yayılıb.

Xatırladaq ki, ötən gün “Xəzər” televiziyasının əməkdaşları həmin ailənin evində çəkiliş aparan zaman hücuma məruz qalmışdılar.

Samir Əli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR