İnsanlara hürriyət, millətlərə istiqlal!

12 aprel mitinqi təxirə salındı

1989 01.04.2013 01:00 Son xəbər A A

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid aprelin 12-inə təyin edilən aksiya ilə bağlı yeni müraciət yayıb. Musavat.com-un məlumatına görə, Qənimət Zahid Facebook səhifəsində yazıb ki, aprelin 12-də "Gənclərdən əlini çək" şüarı ilə mitinqin keçirilməsi ilə bağlı təşəbbüs ona məxsusdur dz bu təşəbbüsün zamanında göstərildiyini düşünür.

“Bu müddət ərzində ayrı-ayrı gnclər təşkilatlarının nümayəndələri ilə müzakirələr apardıq. Belə qərara gəldik ki, aprelin 12- nə elan edilən mitinqi təxirə salaq və bu mitinqin zamanı Bakıda gənclər təşkilatlarının və gənc fəalların birgə müzakirəsi ilə müəyyən edilsin. Buna görə də bu eventə qoşulan hər bir vətəndaşa təşəkkür etməklə, onların hamısına elan edirik ki, növbəti mitinq qüvvəsindədir, sadəcə bu, aprelin 12-də olmayacaq. Bu etiraz aksiyasının günü ətraflı məsləhətləşmələrdən sonra elan ediləcək. İnanırıq ki, mitinqə dəvət edilən və artıq qoşulmaq istəyini elan etmiş hər kəs həmin etiraz aksiyasıda iştirak edəcək!!!”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR