İnsanlara hürriyət, millətlərə istiqlal!

102 yaşlı Azərbaycan polisi - iş adamının məqaləsi

2792 01.07.2020 23:54 Gündəm A A

Ümumilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra, Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və təcrübələr qazanıb

Polis  dövlətin  daxili  stabilliyini  və  ictimai asyişini  qoruyub saxlayan yeganə güc strukturudur. Təssüflər  olsun ki, Azərbaycan  Respublikasının daxilindəki uzun  müddətli stabilliyi, əminamanlığı pozmağa çalışan bəzi  xarici qüvvələr dayanmaq  bilmirlər. Onlar ciddi-cəhdlə  çalışırlar ki, Azərbaycan polisi  ilə xalqı üz-üzə qoyub  istədiklərini gerçəkləşdirsinlər.

poli günü4.jpg (168 KB)

Bu ilin iyun ayının 7-də Bakının Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polisə qarşı törədilmiş qanunazidd hərəkətlər böyük bir kampanyanın tərkib hissəsi idi.

Təbiidir ki, bu cür təxribatçı əməllər cəzasız qalmadı. Həmən müəyyən edilərək məsuliyyətə cəlb olundu. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri polisə qarşı edilən əməllərə haqq qazandırmaq istəyir. Amma onlar unudurlar ki, sərt karantin dövründə xidmət edən Çevik Polis Alyının əməkdaşları Xətai rayonu ərazisində hamilə qadına köməklik göstərərək vaxtında xəstəxanaya çatdırmışlar. Sosial şəbəkələrdə yayılan digər bir maraqlı fakta diqqət edək. Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar mağazaların bağlı olduğunu, evdə digər ərzaq məhsulları olmasına baxmayaraq ailəsinin çörəyə ehtiyyacının  yarandığını bildirir. Dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşın mənzilinə gedib və müraciət edən ailə çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.

Bakıda karantin dövründə yas mərasiminə getmək istəyən bir qadın da polislərdən kömək istəyib. Paytaxtın Heydər Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarına yaxınlaşan qadın bacısının vəfat etdiyini, lakin icazəsi olmadığı üçün dəfninə gedə bilmədiyini deyib. Polis əməkdaşları xidməti maşınla qadını gedəcəyi ünvana aparıb.

Çoxmiyonlu şəhərdə baş verən bu cür hadisələrin sayı, təbii ki çox olub. Biz yalnız onlardan bir neçəsini, yəni sosial şəbəkələrdə ictimailəşənlərini təqdim etdik. Hər birində də polisin nümunəvi davranışının şahidi olduq. Belə xidmət aparan polisin başına zibil atmaq olarmı?..

Bu gün daxili işlər orqanlarında idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin sürətlənməsi də aparılan islahatların məntiqi nəticəsidir. Prezident İlham Əliyev Azərbaycan polisi qarşısında konkret vəzifələr müəyyənləşdirib: müasir tələblərə uyğun şəkildə polis kadrları hazırlanmalıdır; azərbaycan polisinin həm maddi-texniki təchizatı, həm avadanlığı, həm də hərəkətləri, ən əsası isə işi, qabilyyəti, peşəkarlığı dünyanın ən yüksək standartlarına cavab verməlidirı; polis qətiyyətli, cinayətkarlara qarşı barışmaz və sərt olmalıdır. Eyni zamanda, insanlara qarşı çox mədəni davranmalı, mülayim olmalı, kobudluğa yol verməməlidir - belə olan halda polis Azərbaycan xalqının daha da böyük rəğbətini qazanacaq.

Vilayət Eyvazov mühüm QƏRAR verdi – Rakus.az

Azərbaycan polisinin yaranmasının 101-ci ildönümü (2019, 2 iyul) münasibətilə Daxili İşlər Nazirliyində keçirilmiş tənətənli mərasimdə cənab nazir, general-polkovnik Vilayət Eyvazov polisin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevin başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışdır.

Müasirləşmə tendensiyasının Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrini əhatə etdiyini vurğulayan general-polkovnik Vilayət Eyvazov ötən 16 ilə yaxın müddətdə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizatın yüksək səviyyəyə çatdırıldığını, onlarla elektron xidmət, veb-sayt, qaynar xətt və digər informasiya resurslarının yaradıldığını, polisin “Asan xidmət” mərkəzlərində fəaliyyətinin təşkil olunduğunu deyib. O, qeyd edib ki, vətəndaş məmnunluğunu təmin edən bu və digər innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasının effektivliyini, xidmətin səmərəsini və operativliyini qat-qat artırıb...

Ölkə ziyalıları polisə qarşı baş vermiş son hadisə ilə əlaqədar olaraq konkret münasibət nümayiş etdirdilər ki, bu sevindirici haldır.

Millət vəkili Fazil Mustafa: “Mən hesab edirəm ki, bu məsələdə çox ciddi tədbir görülməlidir. Qoy başqaları görsün ki, belə etmək olmaz.Bunun adı təkcə tərbiyəsizlik,  mədəniyyətsizlik deyi, bunun adı təxribatdır.

İndi elə bir dövrdür ki, sanki müharibə vəziyyətidir. Müharibə vəziyyətində polisə zibil atmaq nə deməkdir? Bomba atmaq, zibil atmaq kimi bir şeydir. Başqa adı nədir? Polis uşağını, ailəsin, körpəsini evdə qoyub, problem yaranmasın, küçədə hər hansı bir hadisə baş verməsin deyə səni qoruyur. Sən niyə ona zibil atırsan?..”

Azərbaycan Polisi yaranmasının 97-ci ildönümünü qeyd edir (FOTO)

Millət vəkili Aqil Abbas: “Azərbaycan polisi Nazirlər Kabineti və nazirin müvafiq əmrlərini icra edən orqan nümayəndələridir və bu onların vəzifə borcudur. Azərbaycan polisi sənin qardaşın, atan, əmin oğludur. Dünən onlara kimsə daş atırdısa, üstünə zibil atırdısa, onlar öz atasına, qardaşına və ən əziz adamına qarşı bu hərəkəti etmiş oldular. Polisə daş atmaq, ona əl qaldırmaq dövlətə daş atıb, əl qaldırmaq deməkdir”.

Tibb Universitetinin dosenti Rəşid Mahmudov: “Bu ölkə düzəlməlidir, belə olmaz. Qayda-qanuna riayət etmək lazımdır. Polisin başına binadan zibil atmaq tərbiyəsizlikdir. Lap ordan keçən polis deyil, mənəm, niyə mənim başıma zibil atırsan? Düzdür polisin də içində danışığını bilməyən vətəndaşlarla düzgün danışmayanları var və onlar da cəzasını alır. Amma insanlar da dövlətin polisinə hörmətlə yanaşmalıdır, onlar bizi qoruyur. Polis olmasa, müsəlmanı yaxşı tanıyıram, bir-birinin ətini yeyər”.

Xaqani İbrahimov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR