1000 illik İncil tapılıb
Türkiyənin Tokat şəhərində 1000 illik tarixi olan İncil tapılıb. Tokatı polis şöbəsindən verilən məlumata görə, onlar tarixi əsərlərin satılacağı haqda gizli məlumat əldə etdikdən sonra dəyərli kitabı ələ keçirə biliblər. Bir maşında aparılan axtarış zamanı 21,16 santimetr ölçüsündə 51 vərəqdən ibarət İncil kitabı aşkar olunub. Köhnə süryani dilində yazılmış kitabın üz qapağı zədələnib. İçərisində isə qızıl hərflərlə yazmış yazılar və dini motivlər var.






