APA-nın məlumatına görə, artıq səslərin sayı 100 197-dir. Bundan sonra Xocalı faciəsinin tanınması ilə bağlı Ağ Ev administrasiyasına rəsmi müraciət göndərilməli və ABŞ prezidenti bu məsələ ilə bağlı fikir bildirməlidir.
Xatırladaq ki, petisiyanın son bitmə tarixi fevralın 25-dir. Bundan başqa, saytda Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olunması ilə bağlı petisiya da yerləşdirilib və ABŞ administrasiyasının diqqətini çəkmək üçün fevralın 22-nə kimi 100 min səs toplanmalıdır.






