Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan Gürcüstan vətəndaşı Koba Kvaxadzenin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun 2011-ci ilin müxtəlif vaxtlarında və 2012-ci il iyul ayına qədər olan müddət ərzində Cəbrayıl Məmmədovun mənzilindən 33.000 manat, 20.000 manat dəyərində qızıl əşyaları, Telman Əliyevin mənzilindən qızıl əşyaları, Baba Əsgərovun mənzilindən 900 manat, 300 dollar və qızıl əşyaları, Firudin Ağayevin evindən 200 manat və qızıl əşyaları, Lətafət Alışovanın mənzilindən 200 dollar, 9800 manat və qızıl əşyaları, Türkiyə vətəndaşı Ərəstun Ərdəminin mənzilindən 10.000 manat, Natiq Əliyevin evindən qızıl əşyaları, Vaqif Abdullayevin mənzilindən 300 manat, Hicran Mehdiyevin mənzilindən qızıl əşyaları, Anar Babayevin mənzilindən 30.000 manat, Süleyman Süleymanovun evindən 3.000 manat və qızıl əşyaları oğurlaması, Məhəmməd Mustafayevin evindən isə oğurluğa cəhd göstərməsi müəyyən edilib.






