İnsanlara hürriyət, millətlərə istiqlal!

100 km üzərək ölkədən qaçan dissident, 14 dekabr faciələri və Xudu Məmmədov günü – Varis yazır

2863 13.12.2021 13:17 Yazarlar A A

13-14 dekabrın təqvimi

13 dekabr

Nəhs rəqəm?

Hər vaxtınız xeyir olsun! Mövhumata və əlamətlərə inananlar 13 rəqəmini görüb günə əvvəlcədən uğursuzluq libası biçməsinlər əlbəttə ki. Görürsən, bəzən elə ən uğurlu günün ayın 13-də, qarşından qara pişik keçəndə, 666 nömrəsi ilə əlaqəli bir iş görəndə, yuxunu qarışdıranda olur. Ona görə də “hər bir gün gözəldir, yetər ki, bu gözəlliyi tapıb duyaq” prinsipi ilə yaşamaq lazımdır.

Skripka günü

Sorğuya görə dünyada ən sevilən çalğı alətidir skripka. Bu ecazkar səsə malik dörd simli alət daha üç aləti – nəhəng kontrabası, alt və violençeli bir ailədə - skripka ailəsində birləşdirməyi də bacarıb. Fortepiano ilə birlikdə o, akademik musiqinin əsas alətidir. Tarixinə gəldikdə, 1400-cü ildə skripkayabənzər üç simli musiqi alətindən Polşada istifadə edilirdi, bu alət təkmilləşərək skripkanı yaratmışdı, belə ki, 1500-cü illərdə alman musiqişünasları artıq polyak skripkasından bəhs edirdilər. Skripkaya dördüncü simi isə italyanlar əlavə etmişlər. Elə ilk skripka məktəbi də İtaliyada olmuş (Breşiya məktəbi), ilk müasir skripka görünüşlü skripkanı da italyan (Amati) ortaya qoymuşdur. İlk məşhur skripka ifaçısı və skripka düzəldən də italyan Stradivari olmuşdur. 1607-ci ildə “Orfey” operasının nümayişi zamanı italyan bəstəkar Monteverdi ilk dəfə skripkanı orkestr musiqisində tətbiq edərək daha da məşhurlaşdırmışdır. İlk dünyaşöhrətli skripka kompozisiyası da italiyalıya – dahi bəstəkar Vivaldiyə məxsusdur. 17-18-ci əsrdə isə dahi bəstəkarlar Bax, Motsart və Qaydn bu virtuoz alətin şöhrətini dünya ilə bir etmişlər. Skripkada ifanın sürətinə görə öndə gedən isə üç dəfə dünya rekordlarını təzələyən honkonqlu Ben Lidir.

Azərbaycana ilk dəfə skripkanı bir qədər sonralar bəstəkar Ceyhun Bədəlbəyli gətirmişdir. Azərbaycanda ilk tanınmış skripka ifaçısı Azad Əliyev sayılır. Təkrarsız ifaları ilə seçilən Kazbek Əliyevlə Natiq Nuriyev həqiqətən skripkanı Azərbaycanda sevdirməyi bacarıblar. Hazırda Maestro Ceyhun ifaları ilə sevilir. Bugünkü skripka günündə yetər ki, vaxt tapıb bir qədər skripka musiqisi dinləyək, ruhumuz dincəlsin.

Feast Day of St. Lucia | Naming the Days | Spirituality & Practice

Lüsiyanın günü

Milad bayramı sviteri (biz buna hörmə deyirik) günü, xaçpərəstlər elliklə hörmə geyinəcəklər. Bu gün Müqəddəs Lüsiya günüdür. Sent-Lüsiyanın Britaniyadan 1979-cu ildə müstəqillik alması şərəfinə keçirilən bu bayramı Avropanın əksər xalqları ümumən azadlıq və bərabərlik bayramı kimi qeyd edirlər. Ayrıca, bu gün Lüsiya festivalı da keçiriləcək. Şimalı Avropa ölkələrinə aid olan bu təntənə Milad bayramı öncəsi Miladın uğur gətirməsi diləklərinin söylənməsindən ibarət olacaq. Akadinin xatirəsi günüdür həm də. 1758-ci ildə akadi xalqının hersoq Uilyam tərəfindən deportasiyası zamanı onları daşıyan iki gəminin batması faciəsi xatırlanacaq.

Malta Respublika gününü, Malavi milli ağacəkmə gününü, Fransa “Messa Fransanın çiçəklənməsi uğrunda” adlı dini bayramı qeyd edəcək. Amerikada Milli qvardiya günüdür, ciddi bayramdır. Amma ənənəyə uyğun olaraq amerikalılar təqvimə yeyib-içməklə bağlı gün salmaqdan yenə də vaz keçməyiblər. Ərzaq satıcısı günüdür həm də onlarda.

Almanların özəl günü

2003-cü ilin 13 dekabrında “Qırmızı üfiq” əməliyyatı zamanı İrak prezidenti Səddam Hüseyn Tikrit şəhərində, evinin yanında həbs olunub. 1996-cı ildə qaradərili Kofi Annan BMT-nin baş katibi seçilib. 1982-ci ildə Yəməndə baş verən zəlzələ 2800 adamı dünyadan aparıb. 1941-ci ildə Peruda güclü sel 7 min insanın ölümünə səbəb olub. 1937-ci ildə yapon ordusu Çinin Nankin şəhərini ələ keçirərək tarixə düşmüş qanlı Nankin qətliamını həyata keçirib, 300 min insan həlak olub. 1917-ci ildə Krım müsəlmanlarının qurultayı Krım Xalq Respublikasını elan edib. 1769-cu ildə 13 yaşlı Motsart İtaliyada ilk konsert turnesinə başlayıb. 1742-ci ildə Rus imperatritsası Yelizaveta yəhudilərin ölkədən qovulması və heç vaxt ölkəyə buraxılmaması barədə qanun imzalayıb.

1981-ci ildə ABŞ-ın möhtəşəm Evanescence rok-qrupunun xanım solisti Emu Li doğulub, bu gün onun yubileyidir, 40 yaşı tamam olur. 1974-cü ildə Hacıbala Abutalıbov obrazı ilə tarixə düşən KVN-çi Tahir İmanov dünyaya gəlib. Yeri gəlmişkən, adətən obraz öz prototipinə oxşamağa çalışar, amma Hacıbala Abutalıbovun Tahirin yaratdığı obraza bənzəməyə çalışması bir faktdır. 1903-cü ilin 13 dekabrı “12 stul” romanının müəlliflərindən biri olan Yevgeniy Petrovun doğum günüdür. 13 dekabr üç böyük almanın doğum günüdür həm də. 1816-ci ildə dünyaca məşhur “Simens” kompaniyasının qurucusu olan elekrtotexnik Ernst Simens dünyaya gəlib. 1797-ci ildə Henrix Heyne – 19-cu əsrin ən məşhur tənqidçilərindən biri, şairi və publisisti doğulub. 1780-ci ildə də Iohann Debereyner – alman kimyaçısı doğulub, Debereyner lampası adlı indi işlətdiyimiz alışqanın ilkin versiyasını məhz bu adam kəşf edib.

Okeanla bağlı iki qeyri-adi olay

4a479f3f-ef10-4a3d-865a-153c66e113d3.jpg (13 KB)

Diqqətimi nə çəkdi? Bu 13 dekabr gününə iki qeyri-adi hadisə də təsadüf edir. 1974-cü ildə keçmiş SSRİ-də uzun zaman ictimaiyyətdən gizlədilən bir hadisə baş verib, azadfikirli Stanislav Kurilov – okeanoqraf və yazıçı təyyarədən özünü okeana ataraq 100 kilometr məsafə qət edib və SSRİ-dən qaçmağa müvəffəq olub. 1958-ci ildə isə amerikalılar AM-13 raketi ilə kosmosa tarixdə ilk dəfə canlı - meymun yollayıblar, kosmosda 15 dəqiqə sağ qalan meymun qəhrəman ampluasında Yerə düşərkən əfsus ki, faciə baş verib, onun içində olduğu kapsula okeanda batıb.

14 dekabr

Ümumdünya meymunlar günü

Yenə meymun? Bu heyvanlara qayğını və sevgini artırmaq üçün rəssamlar Keysi Qore və Erik Millikinin təşəbbüsü ilə təqvimə salınan Meymunlar günündə Azərbaycanda ən çox sevinən, yəqin ki, Tarqovıda canlı dekor olub, adamlarla şəkil çəkdirərək sahibinə pul qazandıran Ceki adlı şimpanze olacaq. Mən heyvanxanadakı meymunları demirəm, çünki qəfəsdə olanlara nə bayram.

Oxu.az - Bərdədə sərt karantində qonaqlıq baha başa gəldi

Yeyib-içmə günü

ABŞ-da Milli Marselsayağı uxa günüdür. Deyilənə görə bu balıq şorbası çox dadlı olur, nuşi can. Üstəlik, ABŞ-da Milli peçenye günüdür. Peçenyenin müxtəlif növlərindən dadmaq bu gün aktual olacaq. Dübarə nuşi can. Lap üstəlik, ABŞ-da həm də Milli sous günüdür. Acika, xardal, sarımsaq-qatıq, ketçupla mayonez, barbekyü, sezar, pendir sousları, svit çili – bilgimiz bundan o yana getmir, halbuki amerikalılar mətbəxlərində 72 cür sousdan istifadə edirlər. Təkrarən nuşi can.

Qara rəng bolluğu

2011-ci ilin bu günü Azərbaycan musiqisevərləri üçün qara gəlib, xalq mahnılarının, muğam və təsniflərin təkrarsız ifaçısı, “Sona bülbüllər” manhısı ilə musiqi tariximizə möhür vurmuş Qədir Rüstəmov İstanbulda vəfat edib. 1999-cu ilin bu günü Venesuelada da qara gətirib, Varqasda dəhşətli sel on minlərlə insanı həyatdan alıb, evləri dağıdıb, bütün infrastrukturu məhv edib. 1992-ci ilin bu günü üstəlik, Gürcüstanda qara gəlib, Abxaziyada yerli separatçılarla rus ordusu Tkvarçeli ərazisində Gürcüstanın hökumət qoşunu ilə qanlı savaşa girib, çox sayda insan, o cümlədən 25 uşaq həlak olub. 1989-cu ilin bu günü hətta Ermənistanda da qara gətirib, Sovet fiziki, Nobel mükafatı laureatı Andrey Saxarov vəfat edib, həyat yoldaşı erməni olan ermənipərəst akademikin ölümünə təbii ki, ermənilər bərk üzülüblər. 1939-cu il bu dəfə SSRİ üçün qara gəlib, Finlandiyaya hücum etdiyinə görə SSRİ-ni Millətlər Liqasından xaric ediblər. 1928-ci ilin 14 dekabrı isə Danimarkanın qara günüdür, “Kopenhagen” gəmisi Montevideo limanından çıxıb, 59 nəfər heyət üzvü və gəmi izsiz yoxa çıxıb. Davamı da var.

Kapur, Behbudov, Vaşinqton

Azərbaycanda uzun illər mədəniyyət hind kinosu təsiri duyub, insanlar hind kinolarından tərbiyə alıblar. Yaşlı nəsil bu gün ehtiramla tarixin ən məşhur hind kino ulduzu Rac Kapuru anacaq, çünki o, 1924-cü ilin bu günündə anadan olub. Rac Kapurdan 9 il əvvəl - 1915-ci ildə isə Tiflisdə Rəşid adlı bir azərbaycanlı oğlan dünyaya gəlib. Sonradan bütün dünyanı öz məlahətli səsi ilə heyran edən Rəşid Behbudovun müəmmalı ölümünün sirri hələ də açılmır təəssüf ki. 1911-ci ildə norveçli Amundsenin ekspedisiyası it kirşələri ilə tarixdə ilk dəfə Cənub qütbünü fəth edib. 1903-cü ildə tarixdə ilk dəfə Çimalı Karolinada Rayt qardaşları təyyarə düzəldib uçmağa cəhd ediblər, amma təyyarə göyə qalxmağa başlayarkən dərhal da yerə gəlib. 1883-cü ildə Aykido döyüş incəsənətinin banisi, yapon Morixey Uesiba doğulub. 1799-cu ildə 14 dekabrı amerikalılar matəmlə qeyd ediblər, ABŞ-ın ilk prezidenti Corc Vaşinqton 67 yaşında dünyadan köçüb. 1503-cü ildə adını uşaqdan böyüyə hamımız əzbər bildiyimiz Mişel de Nostrdam – Nostradamus dünyaya gəlib, bu fransız astroloqu və gələcəkgörəninin 600 il əvvəl verdiyi proqnozlar bu gün də sıravi insanları qorxu-hürkü altında saxlamaqdadır.
“Qara rəng bolluğu”nun davamı: 1287-ci ilin 14 dekabrında da dəhşətli sel faktına rast gəlinir, sel Niderlandda Şimal dənizinin səddini uçuraraq 50 min insanı məhv edib. 557-ci ildə isə Konstantinopol – indiki İstanbul güclü zəlzələyə məruz qalıb, hədsiz dağıntılar olub.

Xudu Məmmədov günü

d7ac33af-20d4-4b59-8f0d-b8ea878b7561.jpg (7 KB)

Azərbaycanın tarix boyu yetişdirdiyi ən işıqlı şəxsiyyətlərindən biri olan Xudu Məmmədovun da bu gün doğum günüdür, sevgi və iftixar ilə anırıq bu dahi şəxsiyyəti. Ağdamın Mərzili kəndində 1927-ci ildə dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycan elminin inkişafına, eləcə də xalqın milli-azadlıq hərəkatına sərf edən Xudu müəllim professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru idi, kimyanın silikat birləşmələri üzrə misilsiz tədqiqatlar ortaya qoymuşdu, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifiydi. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilmişdi. 1969-cu ildə gizli Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olan Xudu müəllim 80-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük rol oynamışdı, xalqın imperiya buxovlarından qopması uğrunda hərəkatının öncüllərindən birinə çevrilmişdi. Təəssüf ki, 1988-ci ilin 15 oktyabrında onu itirdik. Ruhu şad olsun!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR