İnsanlara hürriyət, millətlərə istiqlal!

10 yaşlı uşaq nənəsini boğaraq öldürdü, həbs edildi - ANBAAN VİDEO

1611 17.09.2022 16:37 Hadisə A A

Çinin Heilongjian əyalətində 10 yaşlı uşaq nənəsini boğaraq öldürdüyünə görə həbs edilib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülər qısa zamanda gündəm yaradıb.

Nənəsi ilə zarafat etdiyini zənn edən ailə üzvlərinin saniyə-saniyə lentə aldığı görüntülər sosial mediada diqqət çəkib.

Sosial şəbəkə istifadəçilərinin reaksiya verdiyi görüntülərdə 10 yaşlı uşağın nənəsinin sinəsinə vurmazdan əvvəl uşağın başına iki dəfə şillə vurduğu görülüb. Daha sonra oğlan nənəsinin boynundan tutub yerə yıxıb. Yerə yıxılan yaşlı qadın başmaq ilə uşağı vuraraq onu buraxmasını istəyib. 

Videonun davamında yaşlı qadının hərəkətsiz olduğu görünüb və görüntüləri çəkən şəxs oğlana onu buraxmasını deyib. Kamera arxasında olan şəxsin “Qalx, daha səni vurmayacaq” deməsi də diqqət çəkib.

Video oğlanın nənəsinə ayağa qalxması üçün yalvarması, oğlanın anası olduğu iddia edilən qadının isə onu döyməyə davam etməsi ilə bitib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR