İnsanlara hürriyət, millətlərə istiqlal!

10 ölkə Rusiya millisini Rio olimpiadasından qovdurmaq istəyir - dopinq qalmaqalı

1359 17.07.2016 08:05 Son xəbər A A
Dünyanın 10 ölkəsinin antidopoinq komissiyası Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək Rusiya yığmasının Rio de-Janeyroda keçiriləcək yay olimpiya oyunlarından diskvalifikasiya edilməsini tələb edəcək. 

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə "Nyu-York Tayms" qəzeti yazıb.

Bildirilir ki, 10 ölkədən başqa 20 idman təşkilatı da analoji tələblə çıxış etmək fikrindədir. 

Bu təşəbbüs ABŞ tərəfindən qaldırılıb və hazırda ona Almaniya, İspaniya. Yaponiya, İsveçrə, Kanada kimi ölkələr qoşulub. 

Adı çəkilən ölkələr bu tələbi sabah, həftənin birinci günü qaldıracaqlar. 

Qeyd olunur ki, bu dünya olimpiya tarixinin ən böyük dopinq qalmaqalıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR