İnsanlara hürriyət, millətlərə istiqlal!

10 minlik erməni orudusu: Çinin Qarabağda nə işi var? — Politoloq gizli məqamları AÇIQLADI...

1318 06.07.2023 17:01 Son xəbər A A

“Sülh bəyənatının 4-cü bəndinə görə bütün erməni silahlı birləşmələri yerləşdikləri əraziləri tərk etməliydilər. Amma biz əvəzində nə görürük?! Həmin birləşmələr kompaktlaşdırılır, onlara hərbi təlimlər keçirilir, yeni silahlarla təmin olunaraq döyüş qabiliyyətləri yüksəldilir. Xankəndidə artıq 10 min nəfərlik peşəkar ordunun yaradılması ilə bağlı əlimizdə məlumatlar var. Bundan başqa Çindən Ermənistana yüzlərlə kiçik ölçülü dronların göndərilməsi ilə bağlı məlumatımız da var”. 

Bu faktları Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev açıqlayıb. 

Ermənilərin ardı-arası kəsilməyən təxribatlarından danışan politoloq bəzi gizli məqamları da aşkara çıxarıb.



Onun sözlərinə görə, özünü Qafqazda sülhün təminatçısı hesab edən və hər zaman bu iddia ilə çıxış edən Rusiyanın Qarabağdakı erməni separatçılarının silahlanması, hərbi güclərinin artması üçün canfəşanlıq etməsi onun məramının həqiqətən sülh olmasına dair şübhələri artırmağa davam edir:

“İyulun 5-də növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə erməni silahlı birləşmələrinin mövqelərinə rus sülhməramlılarına aid maşınların nəzarəti altında döyüş təminatlarının daşınması 3 ilə yaxın müddətdə gördüyümüz artıq neçənci anoloji haldır. Vaxtaşırı olaraq Ermənistandan müqavilə ilə muzdlu silahlıların keçdiyini də bilirik. Ruslar onlara yük maşınları və kamazlarda qumbaraatanlarla döyüşməyi və bunu sayəsində Azərbaycan ordusuna zərbə endirməyi, pilotsuz uçuş aparatlarından qaçmağı öyrədirlər. 
Bundan əlavə, Çindən Qarabağa yüzlərlə kiçik ölçülü dronların göndərilməsi ilə bağlı məlumatımız da var. Onlar kiçik 200 qramlıq partlayıcı başlıq daşıyırlar. Bunların da bizim texnikalara qarşı istifadəsi nəzərdə tutulur. Onu da bilirik ki, Çindən bu kiçik başlıqlı dronların gətirilməsi birbaşa Rusiya baş qərərgah rəisinin müavininin göstərişilə həyata keçirilib. 

Bundan başqa, biz İran ordusunun separatçılara kütləvi şəkildə qanadlı və qanadsız raketlər verdiyinin şahidiyik. Öz dronlarını da Ermənistana təklif edib, bunların da bir hissəsi yenə Laçın dəhlizilə rus sülhməramlılarının nəzarətində Qarabağa daşınır”. 



T.Rzayev qeyd edib ki, bütün bu hərbi yardımlar separatçıların döyüş qabiliyyətini artıracaq. 

Politoloqun fikrincə, artıq Rusiya ilə konkret faktlarla açıq danışmağın vaxtı çatıb: 

“Bu, biabırçılıqdır. Sülh prosesinə vasitəçi olduğunu iddia edən dövlətin qərərgah rəisinin müavininin göstərişilə Çindən Ermənistana belə təminatlar gətirilirsə, bunun harası sülhə xidmətdir?! 

Şərt qoymaq lazımdır ki, sülhməramlılar ya bölgəni tərk etsin, ya da hərbi personalın və təminat vasitələrinin oraya daşınmasının qarşısını alsın. Rusiyanın torpaqlarımızda yaratdığı yeni erməni ordusu istənilən vaxt suverenliyimiz və ərazi bütövlüyümüz üçün təhdidə çevrilə bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR