İnsanlara hürriyət, millətlərə istiqlal!

“10 minə yaxın şəhid vermişik, onlar daim DARMADAĞIN olunacaq” - Generaldan SENSASİON XƏBƏRDARLIQ

3488 22.04.2023 18:52 Gündəm A A

Türkiyənin İran və İraqla sərhəddə yerləşən Hakkari vilayəti terrorçulardan tamamilə təmizlənib.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu danışıb. Nazirin sözlərinə görə, son 40 ildə ilk dəfədir ki, bu bölgədə yaşayan insanlar terrorçular olmadan Ramazanı tam təhlükəsiz şəkildə qeyd edirlər.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyənin terrorla mübarizəsi 1984-cü ildən, yəni 39 ildir davam edir.

yucel_karauz.jpg (38 KB)

General xatırladıb ki, Türkiyə bu 39 illik tarixində 10 minə yaxın şəhid verib:

“Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyədə 86 terrorçu var. Onlar mağaralarda və s. gizlənirlər. Türkiyə müdafiə sənayesinin qabaqcıl silahları, jandarmaların çevikliyi terrorçuların fəaliyyətini sıfır halına gətirib. Təbii ki, terrorçuların zərərsizləşdirilməsi xalqa inam gətirir. İnsanlar obalarına, dağlarına, yaylalarına rahat şəkildə gedə bilirlər. Ramazan bayramını təhlükəsiz formada qeyd edirlər.

Türkiyənin terrorla mücadiləsi sadəcə ölkə içərisində deyil, İraq və Suriyanın dərinliklərində də davam edir. Çünki daxildəki terrorçuların sayı nə qədər azaldılsa da, ölkə xaricindəki terrorçu mənbələr qurudulmadıqca, onlara qarşı təsirli tədbirlər görülmədikcə fəaliyyətləri davam edəcək. Bu baxımdan artıq Türkiyənin İraqla sərhədində, 811 kilometrlik Suriya sərhədinin 400-450 kilometrlik hissəsində, 30 km dərinliyində təhlükəsiz zonalar yaradılıb. Türk əsgəri artıq sərhəddən kənarda da terrorla mübarizə aparır. Terrorçulara ikiqat cavab verilir.

Türkiyənin cənubunda bir terror dövləti yaratmağa çalışan başda ABŞ və Fransa olmaqla bir sıra ölkələr terrorçulara silah-sursat, maliyyə yardımı göstərirlər. ABŞ PKK/PYD terror təşkilatına helikopter yardımı belə edib. Türkiyənin terrorla mübarizəsi sərhədlər daxilində son terrorçu məhv edilənə qədər davam edəcək. Sərhədlər xaricində də terrorçuların zərərsizləşdirilməsi davam etdiriləcək. Sadəcə PKK/PYD terror təşkilatına qarşı deyil, İŞİD-ə qarşı da mübarizə davam edəcək. Biz 1000 ildir yurdumuz Anadoluda ərazi bütövlüyümüzə qarşı atılan istənilən addımı, planı darmadağın etmişik və bu, belə də davam edəcək”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR