İnsanlara hürriyət, millətlərə istiqlal!

“10 min manat verib, saxta partiya arayışı alanları Avropadan geri Azərbvaycana qaytarırlar”

1774 12.06.2018 14:38 Gündəm A A

«Azərbaycanda saxta partiya arayışı ilə Avropaya gedən insanların böyük əksəriyyəti geri qaytarılır. Bu ilin ilk 3 ayı ərzində Almaniyaya sığınmış 1564 nəfər azərbaycanlı geri qaytarılıb. Bu adamlar Əli Kərimliyə və digər partiya sədrlərinə pul ödəməklə özlərinə partiya üzvü olmasına dair saxta arayışlar alıb gedirlər, Avropanın müxtəlif ölkələrinə... Və düşünürlər ki, bununla da Avropada yaxşı yaşamaq təminatını qazanmış olurlar. Özü də bu arayışa aşağı yuxarı 5-10 min manat pul verirlər“.

Bu açıqlamanı musavat.com saytına Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı verib.

Onun sözlərinə görə, Avropa mühacirlərlə bağlı çox kəskin qanun qəbul edilib. Avropaya mühacir adı ilə gedənlərin 90 faizindən çoxunu öz vətənlərinə qaytarırlar. Azərbaycanda bu işlə məşğul olan şəxslər dəfələrlə ifşa olunub: “Bir necə gün qabaq “Meydan TV"-nin jurnalisti olan və Avropada yaşayan Orxan Məmmədli adlı şəxs sosial şəbəkədə açıq şəkildə bununla bağlı məlumat paylaşıb. Artıq özləri etiraf edir ki, 10 min manat pul verib, saxta partiya arayışı alıb, Avropaya gəlməyin, sizləri geri qaytraracaqlar. Dəhşət budur ki, bəzən aldadılmış şəxslər özlərinə qəsd etməklə həyatlarını itirirlər. Orxan Məmmədlinin yazdığına görə, Hollandiyadan deportasiya qərarı verilmiş Fikrət Mahmudov adlı azərbaycanlı müvəqqəti yaşadığı kampda qollarını kəsərək intihar edib. Polislər onu Azərbaycana göndərmək üçün gəlibmiş, Fikrət qayıtmaq istəməyib. İndi isə bir neçə günə cənazəsi göndəriləcək. Bu, artıq neçənci belə hadisədir. Adamları gətirənlər elə ümid verir ki, oturum alacaqlarından yüz faiz əmin olurlar. Bu adam açıq şəkildə müraciət edir ki, yaxınlarınıza, dostlarınıza da deyin. İnsan alverçilərinin məqsədi yalnız puldur, onların nə vecinə sənin qırılan ümidlərin, dağılan həyatın... Miqrantlarla bağlı qanunlar son 2 ildə çox sərtləşib. Heç 15 nəfərdən birinə oturum vermirlər. Niyə bu qədər adama yalan danışıb, 5-10 min pulunu alıb, sonra həyatını məhv edirsiniz? Bütün bu fikirləri Avropada yaşayan şəxs dilə gətirir. Əli Kərimlinin, Fikrət Hüseynlinin, Qənimət Zayidovun tələsinə düşən adamlar günbəgün artmaqdadır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR