İnsanlara hürriyət, millətlərə istiqlal!

1 yaşlı körpəsinin südünə zəhər qatan ana: "İçimə şeytan girmişdi" - Bakıda ŞOK CİNAYƏT

1283 27.03.2023 18:53 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəməprosesi baş tutub.

Musavat.com xəbər verir ki, Nərgiz Bağıyeva 1 yaşlı körpəsinin yeməyinə dərman qataraq öldürməkdə ittiham olunur.

Nərgiz Bağıyevanın anası Leyla Bağıyeva mətbuata açıqlamasında qızının psixoloji problemləri olduğunu, həyat yoldaşından ayrıldığını deyib. Qızına və nəvəsinə Lalə Bağıyeva özü baxıb. Hadisə zamanı qadın işdə olub, kiçik qızı anasına zəng vurub, bacısının körpəni zəhərləyib öldürdüyünü xəbər verib: “Uşağın südünə zəhər qatıb, içirdib, öldürmək istəyib. İndi də deyir peşman olmuşam. Soruşdum ki, niyə belə etdin? Deyir ki, cin-şeytan girdi beynimə”.

Hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 10-na təyin edilib.

İttihama görə, ötən ilin sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR