İnsanlara hürriyət, millətlərə istiqlal!

1 paylaşımına görə 14 milyard dollar itirdi  

3391 03.05.2020 12:01 Dünya A A

“Tesla” şirkətinin yaradıcısı İlon Maskın “Tvitter”də paylaşdığı bir yazıya görə şirkəti 14 milyard dollar itirib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Mask “Tvitter”də “Fikrimcə, “Tesla”nın hissə dəyəri çox yüksəkdir” yazıb. “Wall Street Journal”ın əməkdaşı bu barədə onun zarafat edib-etmədiyini soruşub. Mask isə cavabında “xeyr” deyib.

Bundan sonra “Tesla”nın dəyəri 14 milyard dollar azalıb.

Mask son olaraq 33 milyon 400 min təqibçisi olan “Tvitter” səhifəsində “Qız dostum mənə qəzəbləndi”, “Demək olar ki, bütün əmlakımı satıram, ev sahibi olmayacam” deyə paylaşımlar edib.



Xatırladaq ki, Mask bundan öncə, 2018-ci ildə Nyu-York Birjasının gələcəyi ilə bağlı proqnoz verdiyi üçün 20 milyon dollar dəyərində cərimələnmişdi.

Xalidə Gəray
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR