İnsanlara hürriyət, millətlərə istiqlal!

1 həftə əvvəl yayılan VİDEO hər şeyi deyir: Putin onu göndərəcək və... – Polkovnik ŞOK detalları açdı

2241 25.06.2023 19:22 Gündəm A A

“Rusiya Silahlı Qüvvələrində çox ciddi dəyişikliklər qaçılmazdır. Çünki Putin özü də başa düşür ki, Sergey Şoyqu təkcə Ukrayna cəbhəsində deyil, qiyam məsələsində də onu lazımi şəkildə təmsil etmədi, qorumağı bacarmadı. Ona görə də yaxın dostu olsa da, Şoyqunu dəyişməyə məcbur olacaq”.

Bu fikirləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

uzeyir ceferov.jpg (190 KB)

Ekspert Dyuminin müdafiə naziri təyin olunacağını düşünmür:

“Çünki Sergey Surovikin həm rütbəcə, həm də təcrübə baxımından Putinin şəxsən tanıdığı generallardan biridir. Həm də Ukrayna cəbhəsində Putinin gözləntilərini doğruldan generaldır. Dünən Priqojinə müraciət edən də Surovikin idi”.

Ehtiyatda olan polkovnik bildirib ki, Putinin həm Ukrayna cəbhəsində, həm də dünya arenasında düşdüyü acınacaqlı vəziyyət onun mənliyinə toxunan məsələlərdir:

“O, bunu asanlıqla həzm etməyəcək. Putin çox gözəl başa düşür ki, onu gülünc vəziyyətə salan yaxın çevrəsidir, generallardır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir ki, Putinin Şoyquya münasibəti dəyişməyib. Yəni əvvəl necə müsbət yanaşırdısa, indi də elə yanaşır. Əslində Peskovun özü də Putinin daxilində nə olduğunu bilmir. Çünki təxminən 1 həftə əvvəl Putin yaralı hərbçilərlə görüşündə faktiki olaraq Sergey Şoyqunu yox kimi görürdü. Putin ona arxa çevirmişdi. Bu mənzərələr əgər kameralar qarşısında baş verirsə, təsəvvür edin, kameralar olmayan məqamda Putin Şoyqu ilə bağlı hansı fikirləri, yaxud da hansı münasibəti sərgiləyir. O baxımdan düşünürəm ki, Şoyqu da, Gerasimov da gedəcək. Yaxın vaxtlarda Rusiya Müdafiə Nazirliyində ciddi dəyişikliklər qaçılmazdır”.

soyqu.jpg (80 KB)

Ekspert hesab edir ki, Priqojin yaxın günlərdə öldürüləcək:

“Mənim buna zərrə qədər də şübhəm yoxdur. Əgər Priqojinin bəxti gətirsə, Afrika ölkələrinin birinə uçub gedəcək. Amma düşünmürəm ki, ona o imkanı verəcəklər. Çünki Priqojin dünən faktiki olaraq Putini və onun komandasını yerlə bir etdi. Rusiya kimi böyük bir dövlət rüsvay oldu. Axşam saatlarında bəyan etdilər ki, onlara qarşı cinayət işi qaldırılmayacaq. Dünən 15 hərbçi öldürülüb. Priqojinin tərəfdarlarının açdığı atəş nəticəsində Rusiyanın hərbi nəqliyyat təyyarəsi, bir neçə döyüş helikopteri məhv edilib, çox sayda texnikası sıradan çıxarılıb.

Putin bu vəziyyətdən çıxmaq üçün Priqojindən heyfini alacaq. Putin çox kinli adamdır. Ona görə də düşünürəm ki, tez bir zamanda Priqojinlə haqq-hesabını aparacaq”.

yevis.PNG (759 KB)

Üzeyir Cəfərovun fikrincə, əgər Priqojin Putinə qarşı planını sona qədər həyata keçirsəydi, növbəti şəxs Lukaşenko olacaqdı:

“Dünən Polşa prezidenti ordunun hazır vəziyyətə gətirilməsi barədə qərarı ona görə verdi ki, Belarusda müəyyən narahatlıqlar baş verə bilərdi.

Priqojinin perspektivi yoxdur. O, bir daha Moskvada görünməyəcək. Bundan sonra Priqojinin sağ qalma məsələsi möcüzə olacaq. Mən onun tez bir zamanda aradan götürüləcəyini təxmin edirəm”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR