İnsanlara hürriyət, millətlərə istiqlal!

1,4 milyon borcu olan qalmaqallı şirkət Azərbaycandan nə qədər valyuta çıxarıb?- SENSASİYA

9389 07.04.2022 12:39 Qalmaqal A A

 

 


1 milyon 400 min manatdan çox vergi borcu olan "Enerji Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ölkədən mal idxal etmək adı ilə külli miqdarda valyuta çıxarıb. Amma heç bir mal idxal edilməyib.


Musavat.com xəbər verir ki, Azərbaycanda təmir-tikinti sahəsində fəaliyyət göstərdiyi deyilən MMC uzun müddətdir ki, vergiyə yaranmış borcunu ödəmir. Amma buna baxmayaraq, tenderlərdə qalib gəlməyi də bacarır. Son olaraq Azərbaycan Dəmir Yollarının tenderlərindən birini qazanıb. Gəncə Dəmir Yolu Xəstəxanası MMC-nin Terapiya profilli gündüz stasionar bölməsində və laboratoriyada təmir işlərinin görülməsi üçün MMC-yə 191 min manat pul ayrılıb.


Təmir-tikinti sahəsindəki fəaliyyəti ilə bağlı internet resurslarında heç bir məlumat olmayan bu MMC-nin hüquqi ünvanı Səbail Rayonu, Qəzənfər Əlizadə, ev 4, mənzil 3-dür. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nicat Abdulovdur. Maraqlıdır ki, 2018-ci ildə yaradılan bu MMC qısa müddətdə dövlət büdcəsindən maliyyələşən qurumların tenderlərində qalib olmağı bacarıb. Elə bu qısa zaman ərzində də vergiyə 1 milyon 400 min manatdan artıq borcu yaranıb.


Xatırladaq ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil.


Son olaraq isə MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsini pozub.

Buna görə vəzifəli şəxslər ölkədən çıxarılan valyuta vəsaiti məbləğinin 10-20 faizinədək, hüquqi şəxslər isə 20-30 faizinədək məbləğdə cərimə edilir.

İlkin Muradov
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR