İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandakı iPhone və iPad sahibləri izlənilir?


Azərbaycandakı “ağıllı telefon” sahibləri izlənilir. 

Virtualaz.org xəbər verir ki, bu fakt Londonda keçirilən, “Kaspersky Lab” və “Citizen Lab” tərəfindən təşkil edilən “Going Underground” konfransında elan edilib.

Konfransda “Kaspersky Lab”dan antivirus eksperti Sergey Qolovanov bildirib ki, yeni kompüter troyan-virusları hakerlərə gizli fotoçəkiliş və audioyazı aparmağa, telefon kitabçasını, SMS-ləri oxumağa, praktiki olaraq iPhone və iPad-lardan bütün məlumatları oğurlamağa imkan verir.

Yeni kompüter virusu “HackerTeam” adlı italyan haker komandası tərəfindən “Galileo” casus proqramının bazasında işlənib hazırlanıb. Virus iPhone və iPad-ları izləməklə yanaşı, android platformasına malik bütün elektron qurğuları izləməyə, smartfonları sahibinin xəbəri olmadan Wi-Fi vasitəsilə internetə qoşub məlumatları uzaq məsafədəki serverlərə ötürməyə imkan verir.

Virus Blackberry və Microsoft proqramlarına da müdaxilə edir.

Ekspertlər “Galileo” casus proqramının 40-dan çox ölkədə 320 serverini aşkar ediblər. Bu ölkələr arasında Qazaxıstan, Özbəkistan və Azərbaycan da yer alır.

Sergey Qolovanovun bildirdiyinə görə, Rusiyada beş “Galileo” serveri var. Hazırda bu virusun dünyada 2-5 min arasında elektron qurğuya yoluxduğu təxmin edilir.

“Citizen Lab”dan analitik Morqan Marki-Bur isə bildirib ki, virus hakerlər tərəfindən dövlətlərin maraqları naminə, o cümlədən xüsusi xidmət orqanlarının jurnalistləri və siyasi fəalları izləməsi üçün istifadə olunur.

“Jurnalistlər təəccüblü də olsa tez-tez izləmə obyektinə çevrilirlər. Hər 25 xəbər təşkilatından 21-i dövlətin izləmə proqramlarının hədəfidir”, - deyə Morqan Marki-Bur bildirib.

Konfransda bildirilib ki, bu casus proqramının serverlərinin xüsusi xidmət orqanlarının nəzarətində olduğu təxmin edilir.
Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR